Soyuducuya maqnit yapışdıranlara CİDDİ XƏBƏRDARLIQ
06 Aprel 2026, 23:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
615
24.02.2026, 18:20
Yol-nəqliyyat hadisəsi zamanı inzibati məsuliyyət və cərimələrin tətbiqi mümkündür.
Nə qədəq acı və kədərli olsa da, yol-nəqliyyat hadisələri müasir dövrdə cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib və media vasitəsilə bu cür hadisələr barədə tez-tez məlumat yayılır. Hadisələrin baş verməsi əksər hallarda yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati pozuntulardan (xətalardan) qaynaqlanır.
Oxu24.com xəbər verir ki bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov KONKRET.az-a açıqlamasında səsləndirib.
Barassociation.az - Vəkillərin reyestri
“İnzibati Xətalar Məcəlləsində bu sahəni tənzimləyən iki əsas fəsil, 29-cu və 30-cu fəsillər mövcuddur.
Həmçinin oxuyun
29-cu fəsildə sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması, dəmir yol keçidlərindən istifadə qaydalarına əməl olunmaması, təhlükəsizlik kəmərindən istifadə etməmək, işıq cihazları və siqnallarla bağlı qayda pozuntuları, piyadalara yol verilməməsi, sürücülük hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi və sərxoş vəziyyətdə avtomobil sürülməsi və s. kimi pozuntular öz əksini tapır. Bu kimi pozuntuların bir çoxu sonda yol-nəqliyyat hadisələrinə səbəb olur”.
F.Məmmədov bildirib ki, hadisə araşdırılarkən qəzanın inzibati xəta nəticəsində baş verdiyi müəyyən olunarsa, məsul şəxslər barəsində cərimə tətbiq edilir.
“30-cu fəsildə isə yol hərəkəti təhlükəsizliyi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar nəzərdə tutulur. Xüsusilə, 353-cü maddədə ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən yük və oxa düşən kütlə parametrlərinin pozulması halları göstərilib. Bu tələblərin pozulması da yol-nəqliyyat hadisələrinə gətirib çıxara bilər və belə hallar aşkarlandıqda inzibati cərimələr tətbiq olunur”.
Beləliklə, vəkilin sözlərinə görə, yol-nəqliyyat hadisəsinin baş verməsi avtomatik olaraq cərimə demək olmasa da, qəzanın səbəbi inzibati qayda pozuntusu ilə bağlıdırsa, qanunvericiliyə uyğun şəkildə cərimələr tətbiq edilə bilər.
00:58 / 07 Aprel 2026
214
00:32 / 07 Aprel 2026
184
23:58 / 06 Aprel 2026
106
23:36 / 06 Aprel 2026
208
23:18 / 06 Aprel 2026
209
23:00 / 06 Aprel 2026
214
22:44 / 06 Aprel 2026
268
22:31 / 06 Aprel 2026
134
22:16 / 06 Aprel 2026
280
22:07 / 06 Aprel 2026
285
21:52 / 06 Aprel 2026
235
21:33 / 06 Aprel 2026
228
21:26 / 06 Aprel 2026
205
21:08 / 06 Aprel 2026
202
20:56 / 06 Aprel 2026
242
20:50 / 06 Aprel 2026
249
20:38 / 06 Aprel 2026
213
20:30 / 06 Aprel 2026
117
20:10 / 06 Aprel 2026
307
20:06 / 06 Aprel 2026
159
20:02 / 06 Aprel 2026
192
20:00 / 06 Aprel 2026
351
19:55 / 06 Aprel 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.