Qaynar xətt:

(+99450) 247 90 86

Xocalıya gedən ölüm karvanı: Yol üstəki QARA DAĞLI 

Xocalıya gedən ölüm karvanı: Yol üstəki QARA DAĞLI 

QARABAĞ

942

17.02.2026, 10:16

1992-ci ilin sazaqlı  fevral ayı idi. Qaradağlı  camaatı Qarabağın yuxarılarından gələn bir xəbərlə sarsılmışdı.  10-dan 12-si   fevrala qədər  Şuşanın  erməni kəndlərinin əhatəsində olan  Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə xain  rus silahlılarının da yardımı ilə erməni silahlı birləşmələri qəfil hücum edib , 50-yə yaxın dinc əhalini işğəncəyə məruz qoyub, qətl edib, vəhşicəsinə kütləvi şəkildə  öldürüb.

 Qaradağlı camaatını sarsıdan ikinci səbəb isə  paytaxtda oturan, xalqın məsuliyyətini  üzərinə götürüb, amma xalqla,  xüsusən də, düşmənlə qarşı-qarşıya qalmış  dinc əhali  ilə maraqlanmayan başbilənlərin laqeydliyi idi.

 Bu xəbər erməni kəndlərinin, şeytan yuvalarının əhatəsində yerləşmiş  Qaradağlı kəndinin camaatını  düşündürməyə bilməzdi. Amma  bir-birinə ürək -dirək verir ,  tezliklə qələbə çalacaqlarına  ümid edir,  əlində silah   kəndi qoruyan cavanlara    ümid bağlayırdılar. Həmin vaxt  Azərbaycan SSR Daxili İşlər Nazirliyi 30 nəfər Qaradağlı gəncini milis işçisi kimi işə qəbul edərək kəndin müdafiəsinə göndərmişdi, Ağdamdan polis işçilərinin növbə ilə Qaradağlıya ezam edilməsi kəndin müdafiə gücünü bir qədər artırmışdı. Üstəlik də, yaşından asılı olmayaraq  əli silah tutan kənd  camaatı əsl əsgərə dönmüşdü.  

Döyüşçülərin ağır texnikası  yox dərəcəsində olsa da belə, əhali  bilirdi ki,  4 ildir  el-obanı  xain düşməndən qoruyan  elə bu  igidlərdir. Bu igidlər düşmənin qarşısından qaçmayacaqlar. Bütün ağır günlərində bu igidlərə güvənirdilər.

 

1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetiriləndə də, 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutulanda, bir nəfər öldürüləndə, 4 nəfər yaralananda da. (Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi)  yurdlarını qoyub qaçmayıblar, elliklə yığışıb  mübarizə aparıblar.

Hələ 1991-ci il martın 8-də ermənilər kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdi, həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin – 3 kişi və 3 qadın diri-diri yandırıldı, 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 oğlan, 6 qadın həlak oldu.1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı. 

Hər bir faciədə camaat ordu ilə, igidlərlə  bir oldular, birlik oldular.  Düşmən onları qorxuda, yurdundan qaçıra bilmədi. 

Odur ki, məkrli bir plan hazırlandı. Bu geniş miqyaslı plan  Rusiyaya məxsus mütəşəkkil hərbi  nizami ordunun, erməni  quldur  və terror dəstəsinin  birgə əməliyyat planı idi. 

 Nəhayət murdar plan 1992-ci il fevralın 17-də həyata keçirilməyə başlandı. Adi avtomat və ov tüfəngi ilə qorunan Qaradağlı kəndinə Arabo və Aramo birləşmələri, Monte Melkonyanın dəstəsi, həmçinin, 366-cı motoatıcı alayı hücum edərək  həmin günə qədər Qarabağda ən böyük bir  qətliam gerçəkləşdirdilər.

Azərbaycan Milli Ordusunun qadın zabitlərindən biri olan Sabirə Mahmudova da soyqırım aktının şahidlərindən biri olaraq belə söyləyib:" Uzun müddətdir mühasirədə olan Qaradağlıya ərzaq daşıyan helikopter 12 yanvar 1992-ci ildə ermənilər tərəfindən vuruldu və kəndin əhalisi taleyin ümidinə buraxıldılar...Fevralın əvvəlində erməni silahlı qüvvələri 366-cı motoatıcı alayın yardımı ilə Qardağlıya yenidən hücum etdilər. Əhali müqavimətə davam etdi. 15 yanvarda olan elan etmişdilər ki, son damla qanlarına qədər döyüşəcəklər..."

El-oba duruşları, davranışları ilə düşmənə meydan oxuyurdular. Sanki deyirdilər ki, kəndimə, el -obama düşmən ancaq meyidimin üzərindən  girə bilər. Düşmən də məhz belə edirdi... 

Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülür. Onlardan 180 nəfəri qətlə yetirilir.

 Ümumilikdə, Qaradağlı soyqırımında kənd 217 övladını itirib, onlarla insan girov götürülüb. Ermənilər ölənləri silos quyularına doldublar, girovlara dəhşətli işgəncələr veriblər. Girovların əksəriyyəti geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil.

 Kənd sakini Həqiqət Hüseynova başına gələnləri media belə nəql etmişdi: "Erməni silahlıları bizi mühasirəyə almışdılar. Gözümüz nələr görmədi? Kəndçimiz Eldarı gözümüzün qabağında ağacnan  döyə-döyə öldürdülər. Kənddə yolun, asfaltın qırağında “Pir” deyilən yerdə... Sonra da mənim gəlinimin atasını öldürdülər. Heç bilmədim nə ilə vurdular amma kişinin başı iki yerə paralandı. Sonra da qoydular maşının altına əzib tanınmaz hala saldılar. Cəmiyyət (Ningi) kəndi yanında Zahid adlı kəndçimizi öldürdülər. Qardaşı qışqırmaq istəyəndə əlimi tutdum ağzına ki, səsi eşidilməsin. Əlimi qan çıxana qədər dişləmişdi. Vaqif idi adı... Allah ölənlərinizə rəhmət eləsin, həmin əzablara dözmədi öldü".

Öldürülənlərdən 50-si qadın, 28-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 142 ailə başçısını itirib, 340-a yaxın uşaq yetim qalıb. 

İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 520 yerlik orta məktəb binası, 45 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 1800 nəfərə yaxın sakini məcburi köçkün düşmüşdü.

Qaradağlı kəndində baş verən dəhşətli  qətliam Qarabağda əks -səda verdi. Həmin vaxt bu xəbərdən ən çox sarsılanlar isə  Xocalı camaatı idi. Xocalı camaatı şeytan yuvasına çevrilmiş, qandan bəslənən  terrorçuların yığışdığı  Xankəndi ilə Əsgəranın arasında təklənmişdilər, sahibsiz qalmışdılar... Qaradağlı qətliamına yanarkən ağıllarına gəlmirdi  ki, cəmi 9 gün sonra  soyqırıma məruz qalacaqlar, Qaradağlı qətliamı, Xocalı soyqırımının yanında "yüngül yara" olacaq

Artıq bu türk yurdunun yağmalanmasının 34  ilini dərin kədər hissi ilə anırıq.  Qarabağ işğaldan azad edildi, Qaradağlı  düşmən tapdağından təmizləndi. Amma o dəhşətli günlər qarabağlıların, qaradağlıların yaddaşından bir gün də silinib getmədi, unudulmadı.

 Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 Əntiqə Rəşid

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

23:22 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

74

0
 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

22:47 / 12 May 2026

TİBB TİBB

 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

149

0
"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

22:38 / 12 May 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

87

0
Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

22:20 / 12 May 2026

DÜNYA DÜNYA

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

78

0
Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

21:59 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

89

0
Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

21:54 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

95

0
    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik -   Kimlərə şamil olunacaq?  

21:37 / 12 May 2026

HƏRBİ HƏRBİ

    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik - Kimlərə şamil olunacaq?  

110

0
İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

21:15 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

100

0
Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

20:55 / 12 May 2026

HÜQUQ HÜQUQ

Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

89

0
Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

20:44 / 12 May 2026

TİBB TİBB

Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

182

0
Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

20:42 / 12 May 2026

DÜNYA DÜNYA

Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

94

0
Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

20:39 / 12 May 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

92

0