Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR: Ağır durumdadır
29 Aprel 2026, 21:41
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
736
24.02.2026, 21:42
Baş Prokurorluq sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədən, əxlaqsız hərəkətlər edən və bədən üzvlərini nümayiş etdirən istifadəçilərlə bağlı tədbirlərə başlayıb. Məlumata görə, bu əməllərə görə artıq 6 nəfər hüquqi məsuliyyətə cəlb olunub. Onlardan 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq edilib.
Bildirilir ki, internet məkanında ictimai əxlaq normalarını pozan şəxslər barəsində qanunvericiliyə uyğun ciddi addımlar atılacaq. Bu kontekstdə aparıcı Tarix Əliyev(Tolik) ilə müğənni Səidə Sultan arasında sosial şəbəkələrdə qarşılıqlı ağır ifadələrlə müşayiət olunan mübahisə də müzakirə mövzusuna çevrilib. Lakin həmin şəxslərlə bağlı hər hansı cəza tədbiri görülməyib.
Onlar haqda da prokurorluq bu cür addımlar atmalıdırmı? Barələrində hansı işlər görülməlidir?
Oxu24.com Globalinfo.az-a istinadən xəbər verir ki, danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi Azər Həsrət deyib ki, kimliyindən asılı olmayaraq hər kəslə bağlı tədbir görülməlidir:
“Mən də sosial mediada açıq söyüş və ağır ifadələrin yer aldığı həmin paylaşımları gördüm. Bu, qəbuledilməzdir və buna uyğun məsuliyyət müəyyən olunmalıdır. Düşünürəm ki, yalnız Baş Prokurorluq deyil, bütövlükdə cəmiyyət olaraq hamımız birlikdə ciddi mövqe ortaya qoymalıyıq. Azərbaycan elə bir ölkə deyil ki, insanlar bir-biri ilə söyüş və təhqir dili ilə ünsiyyət qursunlar. Xüsusilə ictimai çəkisi və təsir imkanları olan şəxslər davranışlarında ədəb çərçivəsini qorumalıdırlar”.
Həmçinin oxuyun
Azər Həsrət
Media eksperti bildirib ki, belə hallar cəmiyyətin əxlaqına və tərbiyə mühitinə mənfi təsir göstərir:
“Mütləq bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, daha sərt addımlar atılmalı və bu yanaşma normal qarşılanmalıdır. Heç kim bundan inciməli deyil, qanun hər kəs üçün eynidir. Özünü ifadə etmək, sərt tənqid, kimləsə razılaşmamaq, əleyhinə çıxış etmək təbiidir. Lakin bütün bunlar təhqir və söyüş olmadan, ədəb çərçivəsində olmalıdır”.
12:29 / 30 Aprel 2026
6
12:17 / 30 Aprel 2026
28
12:09 / 30 Aprel 2026
29
12:03 / 30 Aprel 2026
40
11:59 / 30 Aprel 2026
29
11:57 / 30 Aprel 2026
226
11:41 / 30 Aprel 2026
45
11:30 / 30 Aprel 2026
414
11:25 / 30 Aprel 2026
101
11:20 / 30 Aprel 2026
50
11:15 / 30 Aprel 2026
44
11:12 / 30 Aprel 2026
54
11:03 / 30 Aprel 2026
304
11:00 / 30 Aprel 2026
66
10:49 / 30 Aprel 2026
79
10:42 / 30 Aprel 2026
66
10:39 / 30 Aprel 2026
51
10:37 / 30 Aprel 2026
53
10:33 / 30 Aprel 2026
66
10:31 / 30 Aprel 2026
113
10:29 / 30 Aprel 2026
61
10:13 / 30 Aprel 2026
628
10:11 / 30 Aprel 2026
45
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.