Efirdən gedən Elgiz ilk dəfə belə GÖRÜNTÜLƏNDİ — VİDEO
25 May 2026, 21:03
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1728
07.10.2025, 11:02
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı–Quba yolunda dünən yüksək sürət nəticəsində baş verən yol qəzasının görüntülərini yayıb və sürücülərə müraciət edib.
İdarədən Oxu24.com-a verilən məlumata görə, oktybarın 6-da saat 12:45 radələrində Bakı–Quba avtomobil yolunun 136-cı kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala əsasən, yüksək sürətlə idarə olunan “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq ağaclara çırpılıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərə müraciət edərək diqqətə çatdırır ki, sükan arxasında hər bir qərar məsuliyyət tələb edir. Manevr qaydalarının pozulması, yüksək sürət və yol şəraitinə uyğun olmayan idarəetmə çox zaman faciəvi nəticələrə gətirib çıxarır.
Sürücülərin bir daha diqqətinə çatdırılır ki:
- yolda hərəkət edərkən manevr etməzdən əvvəl arxa və yan görünmə güzgülərinə diqqətlə baxsınlar;
- qarşıdan gələn nəqliyyat vasitələrinin məsafəsini düzgün qiymətləndirsinlər;
- yorğun, halsız və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına keçməsinlər;
- təhlükəsizlik kəmərindən mütləq istifadə etsinlər və avtomobildə olan sərnişinlərin də bu qaydaya əməl etmələrini təmin etsinlər.
Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək yalnız cərimədən yayınmaq üçün deyil, həm öz həyatımızı, həm də digər hərəkət iştirakçılarının həyatını qorumaq üçündür", məlumatda deyilir.
00:45 / 26 May 2026
96
00:09 / 26 May 2026
120
00:04 / 26 May 2026
256
23:56 / 25 May 2026
363
23:50 / 25 May 2026
182
23:42 / 25 May 2026
217
23:41 / 25 May 2026
228
23:39 / 25 May 2026
258
23:36 / 25 May 2026
94
23:34 / 25 May 2026
763
23:26 / 25 May 2026
198
23:24 / 25 May 2026
150
23:22 / 25 May 2026
105
23:17 / 25 May 2026
113
23:13 / 25 May 2026
81
23:12 / 25 May 2026
99
23:07 / 25 May 2026
95
23:04 / 25 May 2026
87
23:01 / 25 May 2026
162
22:57 / 25 May 2026
108
22:54 / 25 May 2026
92
22:49 / 25 May 2026
101
22:48 / 25 May 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.