Qaynar xətt:

(+99450) 247 90 86

Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO 

Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO 

OXU24 TV

48

15.11.2026, 05:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Maştağa qəsəbəsinin sakini Cəlal Axundov 7 aydır iki illiyə kreditlə aldığı maşının ondan xəbərsiz satışa çıxarıldığını iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, Cəlal Axundov deyir ki, sürdüyü maşının satışı haqda məlumatı tanımadığı şəxslərdən alıb. Onun sözlərinə görə, maşın üçün 2 min manat ilkin ödəniş edib, hər ay da 375 manat ödəyir. Dediyinə görə, özündən xəbərsiz avtomobili satışa çıxarlıb, hətta bir neçə nəfərdən beh də alınıb.

Saxta elan sahibinə beh ödəyən şəxslərdən biri də Sirac Qayıbovdur.

Elanda qoyulan telefon nömrəsi ilə elə çəkiliş vaxtı əlaqə yaratmağa çalışdıq.

Lakin həmin nömrəyə zəng çatmadı.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov "Xəzər Xəbər"ə bildirdi ki, qeyd edilən məsələ nəzarətə götürülüb, araşdırma aparılır.

O bir daha tövsiyə edib ki, elan saytları üzərindən alqı-satqı edən vətəndaşlar ehtiyatlı olsunlar. Zərərə məruz qalmamaq üçün internet resurslarındakı əmin olmadıqları elanlara və şübhəli linklərə daxil olmasınlar, tanımadıqları və ya etibar etmədikləri şəxslərə onlayn qaydada ödəniş etməsinlər, bank kartı və şəxsi məlumatlarını heç kimlə bölüşməsinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.