Azərbaycan elminə ağır İTKİ ÜZ VERİB
16 Noyabr 2026, 13:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
44
16.11.2026, 13:22
Yeni artım drayverlərinə keçid qaçılmazdır, növbəti dövrlərdə iqtisadi artım özəl sektora və özəl investisiyalara söykənəcək.
Oxu24.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir deyib ki, dövlət xərclərinin optimallaşdırılması şəraitində növbəti dövrlərdə iqtisadi artım özəl sektora və özəl investisiyalara söykənəcək: “Bu kontekstdə dövlətin iqtisadiyyatdakı başlıca rolu birbaşa investor funksiyasından əlverişli şərait yaradan və riskləri bölüşən tərəfdaş funksiyasına keçir. Bu keçidin ilkin nəticələri artıq müşahidə olunur. Cari ilin 10 ayında qeyri-neft-qaz sektorunda özəl investisiyalar 18 faizə qədər artıb. Bu meylin davamlı olması üçün iqtisadi artımın yeni mənbələrinin işə salınması tələb olunur. Bu baxımdan daxili tələbin struktur transformasiyasının önəmi qeyd edilməlidir. Dövlət hər il əhəmiyyətli həcmdə mal və xidmət satın alır və bu alışların bir hissəsi idxal hesabına təmin olunur. Yerli istehsalı mövcud olan və ya yaradıla bilən məhsullar üzrə dövlət satınalmalarının yerli istehsala yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Əczaçılıq və rəqəmsal həllər bu baxımdan bariz nümunələrdir: bu sahələr üzrə alışlar yerli istehsalçılar üçün sabit bazar formalaşdırmağa başlayıb.
Bu istiqamətdə müvafiq tədbirlər görülür. Dövlət sifarişlərinin mövcud yerli istehsala yönləndirilməsi və perspektivdə iri dövlət satınalmalarının müəyyən hissəsinin ölkə daxilində istehsalının lokallaşdırılması mexanizmi üzərində işlər aparılır”.
13:16 / 16 Noyabr 2026
57
13:10 / 16 Noyabr 2026
74
13:06 / 16 Noyabr 2026
52
13:03 / 16 Noyabr 2026
56
13:01 / 16 Noyabr 2026
58
12:49 / 16 Noyabr 2026
75
12:44 / 16 Noyabr 2026
603
12:42 / 16 Noyabr 2026
93
12:36 / 16 Noyabr 2026
107
12:32 / 16 Noyabr 2026
92
12:27 / 16 Noyabr 2026
215
12:18 / 16 Noyabr 2026
491
12:16 / 16 Noyabr 2026
95
12:12 / 16 Noyabr 2026
106
12:08 / 16 Noyabr 2026
114
12:04 / 16 Noyabr 2026
618
12:03 / 16 Noyabr 2026
86
11:58 / 16 Noyabr 2026
94
11:51 / 16 Noyabr 2026
141
11:44 / 16 Noyabr 2026
114
11:40 / 16 Noyabr 2026
98
11:33 / 16 Noyabr 2026
98
11:26 / 16 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.