Bakı metrosunda sərnişin qatarda ölüb
16 Noyabr 2026, 12:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
31
16.11.2026, 12:32
2027-ci ilin may ayında Bakı şəhəri dünya idman ictimaiyyətinin diqqət mərkəzində olacaq və nüfuzlu “SportAccord Convention 2027” beynəlxalq idman sammitinə ev sahibliyi edəcək. Beş gün davam edəcək bu mötəbər tədbir çərçivəsində 120-dən çox beynəlxalq idman federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və idman sənayesinin aparıcı simaları bir araya gələcək. Sammit günlərində beynəlxalq görüşlər, aktual konfranslar, panel müzakirələri və mühüm işgüzar danışıqların təşkili nəzərdə tutulur. Azərbaycanın qlobal miqyaslı yarışlara ev sahibliyi etmək təcrübəsi ölkəmizin bu cür irimiqyaslı tədbirləri yüksək səviyyədə reallaşdırmaq imkanlarını bir daha nümayiş etdirir. Belə bir qlobal sammitin paytaxtımızda keçirilməsi yerli idman sənayesinin inkişafına, beynəlxalq əlaqələrin genişlənməsinə və ölkəmizin dünya idman arenasındakı mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev Oxu24.com-a açıqlama verib.
O bildirib ki, Azərbaycan idman ölkəsidir, böyük nüfuzlu yarışların, həm qitə miqyaslı, həm də dünya miqyaslı turnirlərin, fərdi və komanda idman növləri üzrə bütünlüklə idman növlərini əhatə edən multiyarışların belə qəbul edilməsi işi, təşkilatçılığı ilə fərqlənən bir ölkədir:
“Bizim idman qurumlarımızın yarış təşkilatçılığında böyük bir təcrübəsi var. Ölkəmiz artıq dünyada idman ölkəsi kimi tanınır. Avropa, dünya çempionatlarında, olimpiya oyunlarında nəticələrimiz var. Bizim təcrübəmiz təkcə bu yarışların özü ilə bağlı deyil, həm də idman sənayesi ilə də bağlıdır”.
Ekspertin sözlərinə görə, belə bir sammitin Bakıda keçirilməsi əlavə bir şansdır:
“Çünki adətən, ölkə xaricində keçiriləndə, başqa ölkələrdə keçiriləndə bizim müvafiq qurumlar, təşkilatlar, idman sənayesi ilə məşğul olan qurumlarımız, nümayəndələrimiz həmin tədbirlərdə iştirak etmək imkanı əldə edə bilmirlər. Vaxt, səyahət, maliyyə məsələləri var. Ona görə də bu sammitin Bakıda keçirilməsi müvafiq nümayəndələrimizin öz məhsullarını daha rahat təmin sərgiləmək, dünya ictimaiyyətinə göstərmək imkanı qazandırır”.
Kənan Məstəliyevin sözlərinə görə, bu müsbət qiymətləndirilə bilər. Belə bir tədbirin Bakıya salınması Azərbaycanda idman sənayesinin, ümumilikdə isə Azərbaycan idmanının inkişafına öz dəstəyini, öz təkanını verə bilər.
Çimnaz Telmanqızı
12:36 / 16 Noyabr 2026
1
12:27 / 16 Noyabr 2026
45
12:18 / 16 Noyabr 2026
203
12:16 / 16 Noyabr 2026
69
12:12 / 16 Noyabr 2026
79
12:08 / 16 Noyabr 2026
90
12:04 / 16 Noyabr 2026
358
12:03 / 16 Noyabr 2026
67
11:58 / 16 Noyabr 2026
72
11:51 / 16 Noyabr 2026
117
11:44 / 16 Noyabr 2026
95
11:40 / 16 Noyabr 2026
80
11:33 / 16 Noyabr 2026
76
11:26 / 16 Noyabr 2026
105
11:20 / 16 Noyabr 2026
84
11:11 / 16 Noyabr 2026
87
11:06 / 16 Noyabr 2026
91
11:01 / 16 Noyabr 2026
91
10:57 / 16 Noyabr 2026
117
10:46 / 16 Noyabr 2026
92
10:41 / 16 Noyabr 2026
154
10:40 / 16 Noyabr 2026
124
10:37 / 16 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.