Qaynar xətt:

(+99450) 247 90 86

Milli Məclis mühüm qərar qəbul edir

Milli Məclis mühüm qərar qəbul edir

CƏMİYYƏT

36

16.11.2026, 14:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin bir ilədək müddətə dayandırıla biləcəyi yeni hallar müəyyənləşir.

Oxu24.com  xəbər verir ki, bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Bu hallar sırasına aşağıdakılar əlavə edilir:

- Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri ilə bağlanmış sazişin qüvvədə olma müddəti bitdikdə və bu müddətin uzadılması ilə bağlı müraciət daxil olduqda;

- qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri öz fəaliyyətinin şəffaflığını təmin etmədikdə;

- qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri korrupsiya hüquqpozmalarının, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirmədikdə;

- ictimai birliyin icra orqanı, fondun prezidenti və ya idarə heyəti, eləcə də xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinin rəhbərlərinin səlahiyyət müddəti bitdikdən sonra üç ay ərzində hüquqi şəxslərin dövlət reyestrində qanunla müəyyən edilmiş qaydada dəyişiklik edilmədikdə.

Qeyd edək ki, qanuna təklif edilən dəyişikliyə əsasən belə hallarda qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti məhkəmə qərarı ilə deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə dayandırıla biləcək.