Prezident FƏRMAN İMZALADI:6 qanun ləğv edilir
16 Noyabr 2026, 12:44
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
59
16.11.2026, 12:49
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək.
Oxu24.com -un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb.
İndiyə qədər qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, dövlət qulluqçusunun əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa, elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur.
Yeni Məcəlləyə əsasən, dövlət qulluqçusunun əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada qulluq keçdiyi dövlət orqanında müvəqqəti əvəz etmə və boş vəzifə üzrə qulluq funksiyasının icrası halları istisna olmaqla), o cümlədən heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa və qulluq keçdiyi dövlət orqanı rəhbərinin yazılı razılığı ilə elmi və pedaqoji fəaliyyət istisna olmaqla, qulluq müddətində heç bir sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur.
13:06 / 16 Noyabr 2026
13
13:03 / 16 Noyabr 2026
23
13:01 / 16 Noyabr 2026
31
12:44 / 16 Noyabr 2026
328
12:42 / 16 Noyabr 2026
75
12:36 / 16 Noyabr 2026
86
12:32 / 16 Noyabr 2026
75
12:27 / 16 Noyabr 2026
108
12:18 / 16 Noyabr 2026
410
12:16 / 16 Noyabr 2026
84
12:12 / 16 Noyabr 2026
95
12:08 / 16 Noyabr 2026
103
12:04 / 16 Noyabr 2026
523
12:03 / 16 Noyabr 2026
74
11:58 / 16 Noyabr 2026
81
11:51 / 16 Noyabr 2026
129
11:44 / 16 Noyabr 2026
102
11:40 / 16 Noyabr 2026
87
11:33 / 16 Noyabr 2026
89
11:26 / 16 Noyabr 2026
116
11:20 / 16 Noyabr 2026
93
11:11 / 16 Noyabr 2026
93
11:06 / 16 Noyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.