Deputat: "Büdcə xərcləri hesabına neçə iş yeri yaradılacağı proqnozlaşdırılmalıdır"
16 Noyabr 2026, 15:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
26
16.11.2026, 15:45
Azərbaycanın NATO ilə tərəfdaşlığı qarşılıqlı hörmətə, ortaq maraqlara və praktiki əməkdaşlığa əsaslanır.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.
Prezidentin köməkçisi qeyd edib ki, NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsi ilə "NATO+Azərbaycan" formatında keçirilən görüş Azərbaycan-NATO tərəfdaşlığının inkişafında əldə olunan irəliləyişi qiymətləndirmək, habelə regional və beynəlxalq gündəmdəki aktual məsələləri müzakirə etmək üçün fürsət yaradıb:
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən beynəlxalq sülhə dəstək əməliyyatlarında iştirakı vasitəsilə ardıcıl töhfə verib. İllər ərzində Azərbaycan-NATO əməkdaşlığı siyasi dialoqu, eləcə də müdafiə, təhlükəsizlik və potensialın gücləndirilməsi sahələrində praktiki əməkdaşlığı əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilib".
Hikmət Hacıyev görüşdə bildirib ki, Azərbaycanın 1994-cü ildə müharibə və qeyri-müəyyənlik şəraitində bu tərəfdaşlığa qoşulub:
"Bu gün isə suverenliyini bərpa etmiş, real sülh şəraitində olan və regional məsuliyyəti getdikcə artan bir ölkə mövqeyindən danışırıq. Tərəfdaşlığımız qarşılıqlı hörmətə, ortaq maraqlara və praktiki əməkdaşlığa əsaslanır. Təhlükəsiz, əlaqəli və sülh şəraitində olan Cənubi Qafqaz naminə bu tərəfdaşlığı daha da inkişaf etdirməyə hazırıq".
15:18 / 16 Noyabr 2026
12
15:00 / 16 Noyabr 2026
44
14:30 / 16 Noyabr 2026
92
14:24 / 16 Noyabr 2026
79
14:19 / 16 Noyabr 2026
108
14:14 / 16 Noyabr 2026
79
14:10 / 16 Noyabr 2026
105
14:05 / 16 Noyabr 2026
85
14:00 / 16 Noyabr 2026
81
13:51 / 16 Noyabr 2026
126
13:47 / 16 Noyabr 2026
471
13:41 / 16 Noyabr 2026
113
13:40 / 16 Noyabr 2026
96
13:38 / 16 Noyabr 2026
212
13:35 / 16 Noyabr 2026
90
13:22 / 16 Noyabr 2026
112
13:16 / 16 Noyabr 2026
443
13:10 / 16 Noyabr 2026
135
13:06 / 16 Noyabr 2026
95
13:03 / 16 Noyabr 2026
102
13:01 / 16 Noyabr 2026
106
12:49 / 16 Noyabr 2026
104
12:44 / 16 Noyabr 2026
1058
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.