Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq
16 Noyabr 2026, 14:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
48
16.11.2026, 14:30
Azərbaycanda müəllimlər üçün müəyyənləşdirilən yeni etik davranış qaydalarına əsasən, şagirdlərə qarşı fiziki və psixoloji zorakılığın bütün formaları qəti şəkildə qadağan edilir. Təhsil mühitinin sağlamlaşdırılması məqsədi daşıyan bu yenilik cəmiyyətdə və pedaqoji mühitdə birmənalı qarşılanmayıb. Xüsusilə, müəllimlərin şagirdlərin davranışlarına təsir imkanlarının getdikcə məhdudlaşması və sinif idarəçiliyində ciddi çətinliklərin yaranması ilə bağlı narahatlıqlar ifadə olunur. Bildirilir ki, ənənəvi intizam mexanizmlərinin sıradan çıxması fonunda dərs prosesinin tənzimlənməsi çətinləşə bilər. Məktəblərdə nizam-intizamın qorunması üçün hansı alternativ mexanizmlərin tətbiq edilməsi isə hazırda aktual müzakirə mövzusudur.
Mövzu ilə bağlı Oxu24.com-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, yeni qaydaların qəbul olunması müəllimlərin əlində olan sonuncu təsir imkanlarını da alıb:
“Artıq biz bilirik ki, müəllimlərin müəyyən nüfuzunun qorunub saxlanması üçün şagirdlər üzərində müəyyən təsir elementləri olmalıdır. Yəni elə alətlər olmalıdır ki, onlar şagirdin dərs biliklərinin qiymətləndirilməsi, davamiyyəti və yarana biləcək istənilən vəziyyətlə bağlı müəllimə müəyyən təsir imkanları versin. Mən şiddət imkanlarını demirəm. Sadəcə olaraq, bu günün şagirdini nümunə üçün götürək ki, “2” alsa belə, ilin sonunda attestatını alır. Yəni bu şagirdi çəkindirən hər hansı bir element yoxdur. Müəllimin də əlində elə bir alət yoxdur ki, qiymətini aşağı yazanda və ya şagird sinifdən-sinfə keçməyəndə o, müəllimlə hesablaşmaq məcburiyyətində qalsın. Belə olan halda şagird ya dərsə hazırlıqlı gələcək, ya da özünü intizamlı aparacaq. İndi isə şagirdin özünü məktəbdə intizamsız aparmasına heç bir maneə, sədd yoxdur”.
Ekspertin sözlərinə görə, hazırda nəinki müəllimin, hətta valideynin belə uşaqlar üzərində təsir imkanları itir:
“Bu, artıq bizi mentalitetimizdən də uzaqlaşdırır. Hər bir proses inkişafa doğru getməlidir. Lakin süni intellektin inkişaf etdiyi bir cəmiyyətdə bu kimi qərarlarla şagirdlərin üzərində müəllim nüfuzunu endirmiş oluruq. Artıq şagirdin müəllimə olan etinasız münasibəti bir az da dərinləşəcək. Çünki onun “2” alması gələcəkdə attestat almasına problem yaratmır və bu da onda psixoloji cəhətdən müəyyən arxayınlıq yaradır”.
M.Məmmədli çıxış yolu kimi beynəlxalq təcrübədə tətbiq olunan xasiyyətnamə (referans) mexanizminin Azərbaycanda da işə salınmasını təklif edib:
“Müəllimlərə müəyyən məsələlərdə hüquq tanınmalıdır. Heç olmasa, 11-ci sinfin attestatını əlinə alanda buraxılış imtahanının nəticələri ilə bərabər, şagirdin məktəbdə özünü necə aparması ilə bağlı bir qeyd, rəy mütləq olmalıdır. Bu rəy gələcəkdə onun həm əmək bazarı fəaliyyətinə təsir edə bilsin, həm də ali və ya peşə təhsili müəssisələrinə qəbulda, seçimdə rol oynasın. Əxlaq və davranışla bağlı sinif rəhbərinin və məktəb rəhbərliyinin rəyi olarsa, müəllim nüfuzunu qoruyub saxlamaq mümkün olacaq. Əgər biz qanunları dünya standartlarına uyğunlaşdırırıqsa, o halda beynəlxalq təcrübədə olan bu “referans” sistemini də mütləq tətbiq etməliyik”.
Çimnaz Telmanqızı
14:24 / 16 Noyabr 2026
44
14:19 / 16 Noyabr 2026
62
14:14 / 16 Noyabr 2026
53
14:10 / 16 Noyabr 2026
59
14:05 / 16 Noyabr 2026
64
14:00 / 16 Noyabr 2026
56
13:51 / 16 Noyabr 2026
111
13:47 / 16 Noyabr 2026
339
13:41 / 16 Noyabr 2026
98
13:40 / 16 Noyabr 2026
81
13:38 / 16 Noyabr 2026
169
13:35 / 16 Noyabr 2026
83
13:22 / 16 Noyabr 2026
97
13:16 / 16 Noyabr 2026
372
13:10 / 16 Noyabr 2026
121
13:06 / 16 Noyabr 2026
83
13:03 / 16 Noyabr 2026
90
13:01 / 16 Noyabr 2026
92
12:49 / 16 Noyabr 2026
95
12:44 / 16 Noyabr 2026
953
12:42 / 16 Noyabr 2026
110
12:36 / 16 Noyabr 2026
135
12:32 / 16 Noyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.