Xəzər çəkildi, qəbirlər üzə çıxdı — 2040-cı ilə qədər... (FOTO)
31 Yanvar 2026, 18:35
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
941
14.01.2020, 12:28
"TikTok" son aylar ərzində inanılmaz dərəcədə məşhurlaşıb, lakin təhlükəsizliklə bağlı problemlər ondan da yan keçməyib.
Oxu24.com Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə istinadən məlumat verir ki, "Check Point" şirkətinin mütəxəssisləri tətbiqdə çoxsaylı boşluqlar aşkar edib.
Tədqiqatçıların sözlərinə görə cinayətkar qurbanın hesablarını idarə edə, həmçinin adlar, elektron poçt ünvanları və doğum tarixləri kimi fərdi məlumatlara giriş əldə edə bilir.
Həmçinin oxuyun
Mövcud boşluqlara görə proqramı yükləyən bütün insanların məlumatlarının məxfiliyi və təhlükəsizliyi təhlükə altındadır. "Check Point" komandası hal-hazırda boşluqların real hücumlarda istifadə olunub-olunmadığından əmin deyil, lakin ekspertlər "TikTok" tərtibatçıları ilə birlikdə təhlükəsizlik problemlərinin aradan qaldırılması üzərində çalışır.
Aşkar olunan boşluqlardan biri "TikTok"un SMS-imkanlarına təsir edir. Məsələn, servis istifadəçilərə özlərinə tətbiqin yüklənməsi üçün keçidlə mesaj göndərməsi üçün imkan yaradır, cinayətkar isə bunu öz məqsədləri üçün istifadə edə bilər. Belə hücumun uğurlu olması üçün cinayətkar qurbanın telefon nömrəsini bilməlidir. Bu zaman hücum edən boşluqdan istifadə edəndə özünü ələ verməyəcək.
Nəticədə cinayətkar mesajdakı keçidi ziyanverici URL ilə əvəz edərək, onu redaktə edə bilər. Belə SMS alan qurban hücumdan şübhələnmədiyi üçün keçidə daxil olacaq, nəticədə qurğuya ziyanverici proqram quraşdırılacaq.
23:57 / 31 Yanvar 2026
213
23:47 / 31 Yanvar 2026
173
23:25 / 31 Yanvar 2026
205
23:10 / 31 Yanvar 2026
184
22:58 / 31 Yanvar 2026
90
22:52 / 31 Yanvar 2026
199
22:42 / 31 Yanvar 2026
134
22:12 / 31 Yanvar 2026
728
22:10 / 31 Yanvar 2026
80
21:58 / 31 Yanvar 2026
542
21:50 / 31 Yanvar 2026
73
21:46 / 31 Yanvar 2026
81
21:40 / 31 Yanvar 2026
104
21:34 / 31 Yanvar 2026
3074
21:11 / 31 Yanvar 2026
754
21:01 / 31 Yanvar 2026
375
20:58 / 31 Yanvar 2026
131
20:54 / 31 Yanvar 2026
88
20:49 / 31 Yanvar 2026
91
20:44 / 31 Yanvar 2026
122
20:38 / 31 Yanvar 2026
368
20:32 / 31 Yanvar 2026
103
20:25 / 31 Yanvar 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.