Qaynar xətt:

(+99450) 247 90 86

Şagird məktəbə gözyaşardıcı qaz buraxdı - Zəhərlənənlər var

2018-10/1539160931_tec23.jpg

KRİMİNAL

1090

10.10.2018, 12:42

\"\" Bakıda şagirdlər gözyaşardıcı qazdan zəhərlənib.
Oxu24.com Trend-ə istinadən xəbə verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Xanməmmədov küçəsi, 3 ünvanında 76 saylı tam orta məktəbdə baş verib. Məktəbdən hadisə ilə bağlı bildiriblər ki, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə bir neçə şagird qazdan zəhərlənib. Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.