Hamının "Neftçilər Kruqu" kimi tanıdığı yer əslində görün, necə adlanırmış
14 May 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
661
25.12.2025, 22:33
Dəyərli oxucular, Azərbaycanda nazir vəzifəsində çalışan qadınlar haqqında silsilə paylaşımlarımızı davam etdiririk. Bu dəfə əzablı yollardan keçən Zəhra xanım barədə qısa məlumat verəcəyik.
Oxu24.com xəbər verir ki, Zəhra Adıgözəl qızı Kərimova 1909-cu ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonunun) Eyvazlı kəndində anadan olub.
1918-ci ildə erməni daşnaklarının azğınlığı nəticəsində Ağdama köçürlər.
Əmək fəaliyyətinə 1920-ci ildə corab artelində başlayır. Gündüzlər işləyib, gecələr oxuyur.
Komsomola keçir və 1928-ci ildə Bakıya partiya məktəbində oxumağa gəlir.
1930-cu ildə partiyaya keçir və rayonlara işləməyə göndərilir. Masallı RPŞ-də təşviqatçı, Gəncə RPŞ-də partiya kadrlar şöbəsinin müdiri, 1934-cü ildə Ağcabədi MTS siyasi şöbəsinin müavini işləyir.
Zəhra Kərimova 1938-ci ildə Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi seçilir, 1939–1940-cı illərdə Moskva Ali Partiya Məktəbində oxuyaraq XVIII qurultaya nümayəndə olur.
1942-ci ilin yanvar ayında Azərbaycan SSR xalq ictimai təminat komissarı təyin olunur.10 ildən artıq nazir olduqdan sonra 1952-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri seçilir.
Zəhra Kərimova nazir işləyə-işləyə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə sənəd verərək oranı fərqlənmə diplomu ilə bitirir. 1954-cü ildə Nazirlər Sovetinə şöbə müdiri təyin edilir. 1942-ci ildə "Lenin" ordeni, 1945-ci ildə isə "Şərəf nişanı" ordeni ilə təltif olunur.
19599-cu ildən İttifaq əhəmiyyətli təqaüdçü olub. 1990-cı ildə Bakı şəhərində vəfat edib...
ALLAH RƏHMƏT ELƏSİN!
Hazırladı: Namiq Həsənov
15:15 / 16 May 2026
1
15:13 / 16 May 2026
8
14:31 / 16 May 2026
43
14:25 / 16 May 2026
45
14:15 / 16 May 2026
50
13:55 / 16 May 2026
61
13:33 / 16 May 2026
61
13:29 / 16 May 2026
189
13:25 / 16 May 2026
60
13:15 / 16 May 2026
59
12:55 / 16 May 2026
70
12:54 / 16 May 2026
259
12:39 / 16 May 2026
590
12:36 / 16 May 2026
73
12:29 / 16 May 2026
70
12:27 / 16 May 2026
68
12:15 / 16 May 2026
67
12:11 / 16 May 2026
207
12:00 / 16 May 2026
77
11:57 / 16 May 2026
71
11:42 / 16 May 2026
77
11:40 / 16 May 2026
71
11:38 / 16 May 2026
458
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.