TƏCİLİ! Onun meyiti dənizdən tapıldı (FOTOLAR 18+)
15 May 2026, 15:04
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1700
25.12.2025, 22:30
Son günlər ictimai müzakirələrin mərkəzində Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun yaxınları dayanır. Xüsusilə onun qardaşı oğlu, “Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun həbs olunması və ailənin digər üzvünün vəzifədən azad edilməsi ciddi müzakirələrə səbəb olub. Bu hadisələr dövlət idarəçiliyində hesabatlılıq, şəffaflıq və institusional nəzarət mexanizmləri ilə bağlı suallar doğurur.
Eyni zamanda, yüksək vəzifəli məmurların rəhbərlik etdiyi sahələrdə idarəetmə və nəzarət sistemlərinin işləməsi məsələsi də gündəmə gətirilir.
Eyyubovlardan sonra növbə kimindir? Hansı oliqarx nazir, onun ailə üzvləri dövlətin “qulaqburmasını” dadacaq?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov Hövsan Beynəlxalq Dəniz Limanında baş verən halların və buradakı korrupsiya ilə bağlı həyata keçirilən həbslərin kifayət qədər ciddi məsələlərdən xəbər verdiyini bildirib:
“Tutulan şəxslərdən birinin Bəylər Eyyubovun qardaşı oğlu olması diqqətdən yayınmır. Ruslan Eyyubovun həbs olunması göstərir ki, Azərbaycanda korrupsiya və rüşvətə qarşı aparılan mübarizədə kimliyindən asılı olmayaraq heç kəs toxunulmaz deyil. Zaman-zaman adı qalmaqallarda və korrupsiya hadisələrində hallanan şəxslər qanun qarşısında cavab verməlidirlər”.
O.Qasımov əlavə edib ki, bu həm də gələcək üçün bir siqnaldır:
“Belə bir təminat yoxdur ki, hansısa məmura və ya yüksək rütbəli şəxsin yaxınlarına qarşı tədbir görülməyəcək. Kim dövlət imkanlarından və imtiyazlardan istifadə edib qeyri-qanuni gəlir əldə edirsə, korrupsiya hallarına qarışıbsa, qanun qarşısında cavab verməlidir. Düşünürəm ki, bu, həm də bir mesajdır ki, gələcəkdə belə hallar təkrar olunmasın”.
15:15 / 16 May 2026
1
15:13 / 16 May 2026
8
14:31 / 16 May 2026
43
14:25 / 16 May 2026
45
14:15 / 16 May 2026
50
13:55 / 16 May 2026
61
13:33 / 16 May 2026
61
13:29 / 16 May 2026
189
13:25 / 16 May 2026
60
13:15 / 16 May 2026
59
12:55 / 16 May 2026
70
12:54 / 16 May 2026
259
12:39 / 16 May 2026
590
12:36 / 16 May 2026
73
12:29 / 16 May 2026
70
12:27 / 16 May 2026
68
12:15 / 16 May 2026
67
12:11 / 16 May 2026
207
12:00 / 16 May 2026
77
11:57 / 16 May 2026
71
11:42 / 16 May 2026
77
11:40 / 16 May 2026
71
11:38 / 16 May 2026
458
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.