Azərbaycan XİN Fələstini təbrik edib
15 Noyabr 2026, 10:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
794
26.12.2025, 11:33
Bu gün tanınmış şair,jurnalist və naşir Zülfüqar Şahsevənlinin doğum günüdür.
Oxu24.com xatırladır ki, dəyərli ziyalımız 75 yaşını qeyd edir.
Oxu24.com kollektivi Azərbaycan ədəbiyyatında,jurnalistikasında və nəşriyyat tarixində xüsusi rolu olan Zülfüqar Şahsevənlini doğum günü münasibəti ilə təbrik edir,ona işlərində uğurlar arzu edir.
Zülfüqar Şahsevənli 1950-ci il 25 dekabrda Beyləqan rayonunun Şahsevən kəndində anadan olub.
Burada Gəray Əsədov adına kənd orta məktəbini bitirib.(1969). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirib.(1973-1978). "Gənclik" nəşriyyatında kiçik redaktor, redaktor, böyük redaktor işləyib.(1979-1999). "Günay" qəzeti redaksiyasında baş redaktor, baş direktor vəzifəsində çalışıb.(1999-2001).
Bədii yaradıcılığa erkən başlayıb. İlk "Çinar" şeri "Yüksəliş" rayon qəzetində, "Şahsevənə yolun düşsə" şeri isə "Bakı" axşam qəzetində 1969-cu ildə dərc olunub.
Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib."«Çinar pöhrələri" (1979), "Yaşıl budaqlar" (1981), "Bir bayraq altında" (1982), "Gənc istedadlar" (1984), "Dünyamız ağ göyərçin" (1984) və sair toplularda şeirləri çap edilib.
Bədii tərcümə ilə də ardıcıl məşğul olur. Rus, Ukrayna, kabardin-balkar, tacik və özbək ədəbiyyatından seçmə nümunələri doğma dilimizə çevirib.
Azərbaycan televiziyasında məktəblilər üçün "Kitab evi" verilişinin aparıcısı və ssenari müəllifi olub. (1986-1988). Azərbaycan LKGİ MK-nın Fəxri fərmanına layiq görülüb. (1984).
Hazırladı: Miri Məcidli
10:21 / 15 Noyabr 2026
1
10:18 / 15 Noyabr 2026
16
10:12 / 15 Noyabr 2026
37
09:35 / 15 Noyabr 2026
241
07:35 / 15 Noyabr 2026
100
05:50 / 15 Noyabr 2026
115
01:35 / 15 Noyabr 2026
135
01:10 / 15 Noyabr 2026
145
23:59 / 14 Noyabr 2026
341
23:51 / 14 Noyabr 2026
188
23:47 / 14 Noyabr 2026
203
23:33 / 14 Noyabr 2026
170
23:23 / 14 Noyabr 2026
502
23:16 / 14 Noyabr 2026
167
23:05 / 14 Noyabr 2026
692
23:01 / 14 Noyabr 2026
531
22:28 / 14 Noyabr 2026
1359
22:19 / 14 Noyabr 2026
172
21:55 / 14 Noyabr 2026
176
21:32 / 14 Noyabr 2026
198
21:22 / 14 Noyabr 2026
279
21:11 / 14 Noyabr 2026
1175
21:04 / 14 Noyabr 2026
1263
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.