Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
16 May 2026, 13:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1988
25.12.2025, 19:37
Bu gün Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsi ilə bağlı faciədən düz bir il keçir.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu, bizim bölüşdüyümüz bir faciədir. Təyyarə qəzasında Rusiya, Azərbaycan və Qazaxıstan vətəndaşları həlak olub. Qırğızıstan vətəndaşları isə yaralanıb. Biz yaxınlarını itirənlərin hamısının ağrı və kədərini tam bölüşürük”, - o əlavə edib.
Zaxarova qeyd edib ki, dekabrın 24-də Qroznıda baş verən təyyarə qəzasının ildönümündə həmin faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib:
“Mərasimdə Çeçenistan Respublikasının rəhbərliyi və Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev iştirak edib. Abidənin üzərindəki təyyarənin təsviri üzərində “Təyyarə qəzasında həlak olanların əbədi xatirəsi. Adlarınız qəlbimizdə əbədi qalacaq” qeydi var”.
Mariya Zaxarova AZAL-ın sərnişin təyyarəsinin vurulmasına görə Ukraynanı ittiham edib. O iddia edib ki, fəlakətin əsas səbəbi Ukraynanın Rusiyanın mülki infrastrukturuna PUA-lardan istifadə edərək terror hücumları olub.
“Hadisədən dərhal sonra Rusiya və Azərbaycan liderləri telefonla danışıblar. Daha sonra, 2024-cü il dekabrın 28-də Rusiya Prezidenti (Vladimir Putin) Azərbaycan Respublikasının Prezidenti (İlham Əliyev) ilə telefon danışığında ölkəmizin hava məkanında baş verən faciəli hadisəyə görə rəsmi olaraq üzr istəyib”, - o vurğulayıb.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
15:34 / 16 May 2026
47
15:15 / 16 May 2026
184
15:13 / 16 May 2026
59
14:31 / 16 May 2026
58
14:25 / 16 May 2026
61
14:15 / 16 May 2026
66
13:55 / 16 May 2026
76
13:33 / 16 May 2026
69
13:29 / 16 May 2026
257
13:25 / 16 May 2026
68
13:15 / 16 May 2026
69
12:55 / 16 May 2026
78
12:54 / 16 May 2026
300
12:39 / 16 May 2026
2154
12:36 / 16 May 2026
80
12:29 / 16 May 2026
78
12:27 / 16 May 2026
76
12:15 / 16 May 2026
76
12:11 / 16 May 2026
226
12:00 / 16 May 2026
84
11:57 / 16 May 2026
79
11:42 / 16 May 2026
85
11:40 / 16 May 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.