Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
783
25.12.2025, 22:11
Azərbaycan Respublikasının şanlı və zəngin irsinin olması sadəcə bir şüar deyil, həmçinin, əsrlərdən üzü bu yana Türk kimliyinin Azər milləti olaraq, ulularımızdan bizə qalan saysız-hesabsız mirasımızdır. Hələ səmavi dinlərin yaranmasından əvvəl bizim zəngin mədəniyyət, incəsənət və ədəbiyyat sərvətimiz var idi. Azərbaycanın tarixi ərazisində yaranmış Masqut-İç Oğuz (Massaget-İşquz), Mete-Motun (Midiya) və Part (Parfiya) konfederativ dövlətlərində saydığım sənət sahələri yüksək dərəcədə inkişaf etmişdir.
Masqut-İç Oğuz (Massaget-İçquz) dövlətində xüsusilə incəsənət sahəsində zoomorf (heyvani üslub) daha geniş şəkildə inkişaf etmişdi.
Bu dövrdə həmin üslubun səs-sorağı Manas (Manna) dövlətində də təsir edirdi.
Sankt-Peterburq şəhərinin Ermitaj muzeyində saxlanan zoomorf üslublu bəzək əşyası olduqca diqqəti özünə çəkən əsas materiallardan biri hesab edilir.
Motun-Mete (Midiya) imperiyasında Suz saraylarında əsasən memarlığın inkişafı olduqca mühüm mədəni inqilab sayıla bilər. Part (Parfiya) imperiyasında isə əsilzadələr arasında xristianlığın və yaxud buddizmin təsiri müşahidə edilməklə yanaşı həmçinin yeni bir din olan manixeizm məhz Ərsak sülaləsinin üzvü Mani tərəfindən əsası qoyulmuşdur. Mani nəqqaşlıq, rəssamlıqda bir ilkə imza atırdı.
Bardeysa adlı xristian müqəddəsdən söz açan hörmətli alim Əkbər Nəcəf Parfiya haqqında yazdığı kitabda çox maraqlı məsələlərə toxunur. İddiaya görə Bardeysa ilk xristian ilahisini yazan insan olmaqla yanaşı həm də musiqini özü ifa edərmiş.
Müasir dövrümüzdə isə mənim təklifim bundan ibarətdir ki, demokratiyanın verdiyi azadlıqlardan istifadə edərək, bəzi insanlar bizim müasir mədəniyyətimizə, incəsənətimizə və ədəbiyyatımıza böyük zərbələr vurmaqdadır. Dövlətimiz keçici zaman ərzində bəzi təşəbbüsləri öz əlinə almaqla əslində bizə qarşı ailə institutumuza, gələcəyimizə böyük zərbələr endirirlər. Mənim bununla bağlı bir neçə təklifim var. 1. Milliləşmə siyasəti apararaq, kosmopolitizm, saxta dəyərlərə qarşı milli və yerli layihələri dəstəkləyərək, yuxarıda saydığım qondarma dəyərlərlə amansız mübarizə aparılsın. 2. Tarixi film və serial sahəsində başladılan işi yüksək peşəkarlıqla aparılsın. 3. Ədəbiyyatda milli ruhlu insanların yaradıcılığına stimul verilsin. 4. Memarlıqda və heykəltaraşlıqda milli qəhrəmanlardan mifoloji obrazlar məsələn: Simurq quşu, Bozqurd, İkibaşlı qartal, Umay Ana, Erlik Xan və s. obrazların üzərində çalışılsın.

Buradakı şəkil zoomorf üslubuna aid olan və Sankt Peterburqun Ermitaj muzeyində sərgilənən eksponatdır.
Milli Festivallara da ehtiyac var. Əvvəla Azərbaycanın Türk dünyasının bir qolu olmağı üçün təhsil müəssisələrində maraqlı yarışmalar keçirilə bilər. Bunlardan Futbolun əcdadı sayılan Təpük, Zorxana, tələbələr üçün isə Çövkan yarışları ilə yanaşı unudulmuş milli oyunlarımızın yenidən dirildilməsinə ehtiyac vardır. Təpük oyunu haqqında məlumatı Divani lüğəti it-Türk əsərinin müəllifi Mahmud Qaşğari tərəfindən çox cildlik əsərində verdiyi məlumatdan aydın olur ki, bu oyun futbolun əcdadıdır. Təpük elə təpik deməkdir. Dünya tarixində belə oyunların yarandığı yer olan Turan coğrafiyası çox mühüm yerlərdən birini tutur. Mədəni millətlərdən biri olmağımz və bunu sabaha ötürməyimiz çox lazımdır.
Müəllif: Ceyhun Ərmən Vedili
10:25 / 15 Noyabr 2026
7
10:21 / 15 Noyabr 2026
29
10:18 / 15 Noyabr 2026
33
10:12 / 15 Noyabr 2026
56
09:35 / 15 Noyabr 2026
268
07:35 / 15 Noyabr 2026
100
05:50 / 15 Noyabr 2026
115
01:35 / 15 Noyabr 2026
135
01:10 / 15 Noyabr 2026
145
23:59 / 14 Noyabr 2026
342
23:51 / 14 Noyabr 2026
190
23:47 / 14 Noyabr 2026
203
23:33 / 14 Noyabr 2026
170
23:23 / 14 Noyabr 2026
502
23:16 / 14 Noyabr 2026
167
23:05 / 14 Noyabr 2026
701
23:01 / 14 Noyabr 2026
533
22:28 / 14 Noyabr 2026
1365
22:19 / 14 Noyabr 2026
173
21:55 / 14 Noyabr 2026
177
21:32 / 14 Noyabr 2026
198
21:22 / 14 Noyabr 2026
279
21:11 / 14 Noyabr 2026
1177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.