FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb
16 May 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
546
26.12.2025, 10:30
Gəncə şəhərinin ictimai nəqliyyat sistemində rəqəmsallaşma istiqamətində növbəti mühüm addım atılıb. Artıq şəhər sakinləri avtobuslarda gediş haqqını MPAY tətbiqində CityCard QR biletləri əldə edərək ödəyə bilərlər.
Yeni funksionallıq sərnişinlərə fiziki karta və ya nağd pula ehtiyac olmadan daha rahat, sürətli və təhlükəsiz ödəniş təcrübəsi təqdim edir.
Sərnişinlər gediş haqqını ödəmək üçün sadəcə bu addımları izləməlidirlər:
MPAY tətbiqindən Ödənişlər böməsinə keçid etmək;
Nəqliyyat və Karqo xidmətindən CityCard-ı seçmək;
“QR bilet al” funksiyasını aktiv etmək;
Avtobusda quraşdırılmış kartoxucularda QR kodu skan etmək.
MPAY tətbiqində aktiv olan bu funksiya ictimai nəqliyyatda ödəniş prosesini daha müasir, rahat və əlçatan edir. CityCard QR bilet texnologiyası sayəsində sərnişinlər gündəlik gedişlərini daha sürətli planlaya, ödənişi saniyələr ərzində həyata keçirə və nağdsız ödənişin üstünlüklərindən yararlana bilərlər.
Məlumat üçün bildirək ki, “MPAY” Azərbaycan Respublikası Mərkəzi Bankının 11.07.2024 tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərən rəqəmsal ödəniş platformasıdır. Tətbiq 550-dən çox xidməti vahid məkanda birləşdirərək, istifadəçilərə mobil, kommunal, kredit, təhsil və digər ödənişlərini operativ və rahat şəkildə həyata keçirmək imkanı yaradır.
14:15 / 16 May 2026
8
13:55 / 16 May 2026
35
13:33 / 16 May 2026
49
13:29 / 16 May 2026
132
13:25 / 16 May 2026
50
13:15 / 16 May 2026
49
12:55 / 16 May 2026
65
12:54 / 16 May 2026
201
12:39 / 16 May 2026
221
12:36 / 16 May 2026
66
12:29 / 16 May 2026
64
12:27 / 16 May 2026
63
12:15 / 16 May 2026
61
12:11 / 16 May 2026
187
12:00 / 16 May 2026
70
11:57 / 16 May 2026
65
11:42 / 16 May 2026
71
11:40 / 16 May 2026
66
11:38 / 16 May 2026
422
00:49 / 16 May 2026
321
00:37 / 16 May 2026
306
00:00 / 16 May 2026
339
23:36 / 15 May 2026
330
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.