Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
909
25.12.2025, 19:53
“O, şeirləri ilə kimin ağzını tikir? Guya şair olub. Şeir yazmağın öz mənaları var”.
Oxu24.com xəbər verir ki, bunu “yeni sabah”a açıqlamasında tanınmış alim, tibb elmləri namizədi Rəşid Mahmudov deyib.
Əməkdar artist Elza Seyidcahanla aralarındakı gərginliyə münasibət bildirən R.Mahmudov söyləyib ki, xalq onları yaxşı tanıyır:
“Məni ona qarşı, onu da mənə qarşı qızışdırırlar. Yaxşı jurnalist olmaq lazımdır. İnsanları dalaşdırmaqla heç nə əldə etmək olmaz. O, da nə deyir desin. Mən bilirəm, xalq da bilir ki, hansı yuvanın quşudur”.
Qeyd edək ki, Rəşid Mahmudov bir neçə gün öncə E.Seyidcahanla bağlı qalmaqallı açıqlama verib. Həkim verilişlərin birində bəstəkar-müğənnini dəli adlandırıb:
“Elza Seyidcahanda dəlilik əlamətləri, özünü böyütmək ideyaları var. Kimdə özünü böyütmək ideyası varsa, bu şizofreniyanın manyakal formasıdır”.
Elza Seyidcahan isə cavab olaraq bildirib:
“Dəli olum, amma qaranlıqdan baxanlara işıq olum. Axı Elza Seyidcahan öncədən hər şeyi zərgər dəqiqliyində şeirlərinin vasitəsi ilə deyib. Onlara büsbütün “Tikim”, “Sapım” şeirlərində cavab var. Çox diqqətlə, yaxş-yaxşı oxusunlar. Onlar özləri özlərini təhqir edirlər. Məni isə… “Aşılanıram”, yəqin Allah məni daha yüksək, şərəfli rəflərə hazırlayır. “Tikin məni qūbbələrdə”
Mən qaranlıqda həqiqətəm. Ölün, utanın, yerə girin. Yazıqsınız. Öz yazıqlığınızı göstərirsiniz. Biz bir gündə 3 dəfə libasımızı başdan-ayağa dəyişirik. Siz bəlkə aylarla üzünüzü yumursunuz. Amma gəlib xalqa millət deyirsiniz. Ölün, utanın, yerə girin. Ölmüsünüz, xəbəriniz yoxdur”.
10:25 / 15 Noyabr 2026
7
10:21 / 15 Noyabr 2026
29
10:18 / 15 Noyabr 2026
33
10:12 / 15 Noyabr 2026
56
09:35 / 15 Noyabr 2026
268
07:35 / 15 Noyabr 2026
100
05:50 / 15 Noyabr 2026
115
01:35 / 15 Noyabr 2026
135
01:10 / 15 Noyabr 2026
145
23:59 / 14 Noyabr 2026
342
23:51 / 14 Noyabr 2026
190
23:47 / 14 Noyabr 2026
203
23:33 / 14 Noyabr 2026
170
23:23 / 14 Noyabr 2026
502
23:16 / 14 Noyabr 2026
167
23:05 / 14 Noyabr 2026
701
23:01 / 14 Noyabr 2026
533
22:28 / 14 Noyabr 2026
1365
22:19 / 14 Noyabr 2026
173
21:55 / 14 Noyabr 2026
177
21:32 / 14 Noyabr 2026
198
21:22 / 14 Noyabr 2026
279
21:11 / 14 Noyabr 2026
1177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.