Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
815
25.12.2025, 22:21
Azərbaycan tarixində mühüm rol oynayan qadınlar haqqında paylaşımlarımızı davam etdiririk.
Bu dəfə Züleyxa Həsənova barədə danısacağıq.
Oxu24.com xəbər verir ki, O, 1923-cü ildə Şuşa şəhərində Məhərrəm bəy Həsənzadənin ailəsində doğulub.
2 yaşında olarkən atası vəfat edib və 14 yaşından anasının da toxucu kimi çalışdığı Şuşa trikotaj fabrikində işləməyə başlayıb.Daha sonra rayon sənaye kombinatının müsahibi olub.
1942-ci ilin əvvəllərində Züleyxa Həsənova Sovet Ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarına, Bakının şimalında yerləşən 335-ci zenit-artilleriya alayında (1944-cü ildən — 131-ci zenit-artilleriya briqadası) xidmətə çağırılıb.
1945-ci ildə ordudan tərxis olunan Züleyxa Həsənova Yevlax şəhərində işə qəbul edilib və o, 1955-ci ilə kimi burada çalışıb.
1956-cı ildən Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin təlimatçısı, şöbə müdiri, katibi vəzifələrində işləyib.1963-cü ildən Mingəçevir Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub.Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini və Sov.İKP KM yanında Qiyabi Ali Partiya Məktəbini bitirib.
Züleyxa Həsənova 1974-cü ilin iyul ayından 1983-cü ilə qədər Azərbaycan SSR Əhaliyə məişət xidməti naziri vəzifəsində çalışıb.1966-cı ildən Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olub. 1944-cü ildən ÜİK(b)P (Sov. İKP) üzvlüyünə qəbul edilib. Azərbaycan SSR Ali Sovetinin 7–10-cu çağırış deputatı seçilib.
Züleyxa Həsənova 1974-cü ildən ildən ömrünün sonuna kimi Bakıda yaşayıb.1985-ci ildə vəfat edib və Mingəçevir şəhərində dəfn edilib.Şəhərin mərkəzi küçələrindən birinə onun adı verilib...
Hazırladı: Namiq Həsənov
10:25 / 15 Noyabr 2026
7
10:21 / 15 Noyabr 2026
29
10:18 / 15 Noyabr 2026
33
10:12 / 15 Noyabr 2026
56
09:35 / 15 Noyabr 2026
268
07:35 / 15 Noyabr 2026
100
05:50 / 15 Noyabr 2026
115
01:35 / 15 Noyabr 2026
135
01:10 / 15 Noyabr 2026
145
23:59 / 14 Noyabr 2026
342
23:51 / 14 Noyabr 2026
190
23:47 / 14 Noyabr 2026
203
23:33 / 14 Noyabr 2026
170
23:23 / 14 Noyabr 2026
502
23:16 / 14 Noyabr 2026
167
23:05 / 14 Noyabr 2026
701
23:01 / 14 Noyabr 2026
533
22:28 / 14 Noyabr 2026
1365
22:19 / 14 Noyabr 2026
173
21:55 / 14 Noyabr 2026
177
21:32 / 14 Noyabr 2026
198
21:22 / 14 Noyabr 2026
279
21:11 / 14 Noyabr 2026
1177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.