Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda həkimin bağbanı villada sürücünü bıçaqladı - Video

Bakıda həkimin bağbanı villada sürücünü bıçaqladı - Video

KRİMİNAL

34

20.11.2026, 23:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Sabunçu rayonunda həkimin sürücüsü ilə bağbanı arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.

Oxu24.com  Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsinin Mirqasımov küçəsində yerləşən villada qeydə alınıb.

Məlumata görə, həkimin sürücüsü işləyən 1952-ci il təvəllüdlü Həsənağa Mahmudağa oğlu Həsənov həkimi evə apararkən avtomobildə onun bağbanı ilə mübahisə edib.

Mübahisə daha sonra villada əlbəyaxa davaya çevrilib. Nəticədə 74 yaşlı sürücü bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Tərəflər arasında münaqişə onlar evdə sərxoş vəziyyətdə olarkən baş verib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.

***

Bakıda həkimin sürücüsünün Bilgəh qəsəbəsindəki villada bağban tərəfindən bıçaqlanması ilə bağlı yeni təfərrüat məlum olub.

Qonşuların sözlərinə görə, Həsəğa Həsənovu bıçaqlamaqda şübhəli bilinən Zakir adlı şəxs hadisədən sonra ərazidən qaçıb, ev sahibi isə qonşulardan kömək istəyib.

Qonşulardan biri baş verənləri belə təsvir edib:

“Hadisə təxminən saat yeddidən sonra baş verib. Hər ikisini tanıyırdım. Zakir adlı şəxs sakit, yaxşı adam idi. Burada həmişə bir-birimizlə söhbət edirdik. Vallah, ondan belə bir hərəkət gözləməzdim. Onların münasibətləri çox yaxşı idi. Həmişə həmin bağban maşınla gedib onu yuxarıdakı döngədə, avtobus dayanacağından götürərək evə gətirirdi. Aralarında belə mehriban münasibət var idi. Səhv etmirəmsə, həmyaşıd idilər”.

Daha ətraflı Xəzər TV-nin süjetində: