Naftalanda 3 məktəblini maşın vurub
20 Noyabr 2026, 18:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
76
20.11.2026, 17:54
Noyabrın 20-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışı keçirilib.
Oxu24.com xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən yarış Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır.
Builki bilik yarışında respublikanın 50 ali təhsil müəssisəsini təmsil edən komandalar iştirak edib. Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinin komandaları isə layihəyə ilk dəfə qoşulublar.
Yarış zamanı komandalara hər suala cavab vermək və müzakirə aparmaq üçün 60 saniyə vaxt ayrılıb. İştirakçıların cavabları Heydər Əliyev Mərkəzi, Təhsilin İnkişafı Fondu və AMEA-nın Tarix və Etnologiya İnstitutunun nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Bilik yarışının nəticələrinə əsasən, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası birinci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası ikinci, Bakı Dövlət Universitetinin komandası isə üçüncü yeri tutub.
Mükafatlandırma mərasimində qaliblərə sertifikatları Alyona Əliyeva və elm və təhsil nazirinin müavini Firudin Qurbanov təqdim ediblər.
Yarışın qalibi olan Polis Akademiyasının komandasının üzvü, IV kurs kursantı Ramazan Əliyev təəssüratını bölüşərkən komanda olaraq bilik mübarizəsinə ciddi hazırlaşdıqlarını vurğulayıb: “Komandamız ötən il olduğu kimi, bu il də yarışa ciddi hazırlaşmışdı. İlk turda mübarizə kifayət qədər bərabər getsə də, ikinci turda mövqeyimizi ortaya qoymağı bacardıq. Suallar arasında asan, orta və yüksək çətinlik dərəcəli olanlar var idi. Düşünürəm ki, komandamız onların öhdəsindən uğurla gəldi. Komandamla və Polis Akademiyasının təmsilçisi olmağımla fəxr edirəm”.
Bilik yarışında ilk dəfə iştirak edən Qarabağ Universitetinin tarix ixtisası üzrə III kurs tələbəsi Emil Quliyev universitetini bu layihədə təmsil etməyin onun üçün qürurverici olduğunu deyib: “Qarabağ Universiteti olaraq bu mötəbər yarışda ilk dəfə iştirak etmək və universitetimizi təmsil etmək bizim üçün çox qürurvericidir. Bəzi suallarda çətinlik yaşasaq da, yaxşı nəticə əldə etməyə çalışdıq”.
Qeyd edək ki, 2014-cü ildən təşkil olunan layihə gənclərin Azərbaycan tarixi və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında biliklərinin zənginləşdirilməsinə, vətənpərvərlik ruhunun və sağlam rəqabət ənənələrinin gücləndirilməsinə xidmət edir.
18:57 / 20 Noyabr 2026
17
18:39 / 20 Noyabr 2026
47
18:30 / 20 Noyabr 2026
62
18:12 / 20 Noyabr 2026
58
18:06 / 20 Noyabr 2026
71
17:48 / 20 Noyabr 2026
79
17:34 / 20 Noyabr 2026
89
17:26 / 20 Noyabr 2026
94
17:14 / 20 Noyabr 2026
197
17:12 / 20 Noyabr 2026
111
17:09 / 20 Noyabr 2026
94
17:05 / 20 Noyabr 2026
103
16:58 / 20 Noyabr 2026
137
16:54 / 20 Noyabr 2026
102
16:43 / 20 Noyabr 2026
423
16:21 / 20 Noyabr 2026
132
16:20 / 20 Noyabr 2026
130
16:05 / 20 Noyabr 2026
115
15:58 / 20 Noyabr 2026
114
15:55 / 20 Noyabr 2026
126
15:48 / 20 Noyabr 2026
137
15:35 / 20 Noyabr 2026
122
15:25 / 20 Noyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.