Ağdam Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
20 Noyabr 2026, 20:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
63
20.11.2026, 20:25
Bakı Dövlət Universitetinin (BDU) tələbələri yeni təyin olunan rektor Məleykə Abbaszadədən universitetdə tədris və imtahan sisteminin köklü şəkildə dəyişdirilməsini istəyirlər.
Oxu24.com xəbər verir ki, tələbələr sosial şəbəkələrdə bu barədə çağırış edərək universitetdə mövcud imtahan qaydalarının müasir tələblərə uyğunlaşdırılmasının vacibliyini vurğulayıblar.
Onların sözlərinə görə, BDU-da hələ də köhnə imtahan sistemi tətbiq olunur. Tələbələr imtahanlarda 5 açıq sualın cavabını yazılı şəkildə təqdim etməli olduqlarını, digər universitetlərdə isə əsasən qapalı suallardan və elektron imtahan formatından istifadə edildiyini bildiriblər.
Paylaşılan çağırışda, həmçinin aralıq imtahan (midterm) sisteminin olmamasından narazılıq ifadə olunub. Qeyd edilib ki, tələbələr hər fənn üzrə üç kollekvium vermək məcburiyyətində qalırlar.
Tələbələr ümid edirlər ki, Məleykə Abbaszadənin rektor təyin olunması universitetdə müsbət dəyişikliklərə səbəb olacaq.
“BDU-da sistem köklü dəyişikliyə məruz qalmalıdır. Çünki hazırda sistem köhnə sistemdir. İmtahan sistemi hələ də 5 sualın cavabını vərəqə açıq şəkildə yazmağı tələb edir. Amma digər universitetlərdə əsasən qapalı suallara, elektron imtahan formatına keçilib. Midterm sistemi yoxdur, hər dəfə, hər fəndən üç kollekvium vermək məcburiyyətində oluruq.
Ümidvarıq ki, rector dəyişikliyi bütün tələbələr üçün xeyirli və uğurlu olacaq. Məleykə xanım prinsipial rəhbərdir. İnanırıq ki, universitetin çatışmayan tərəfləri tez bir zamanda düzələcək”, – deyə tələbələr qeyd ediblər.
Xatırladaq ki, M.Abbaszadə təyinatdan sonra bu gün verdiyi ilk açıqlamada BDU-da görüləcək işlərdən söz açıb:
“Yeni fəaliyyətimə böyük vədlərlə başlamaq istəməzdim. İllər boyu gənclərin universitetə gedən yolunda çalışmışam. İlk addımlarımız mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması, tələbələrin fikirlərinə diqqətlə yanaşılması olmalıdır.
Universitetdə yaradılmış bütün dəyərli nailiyyətlər qorunmalı və inkişaf etdirilməlidir. Bununla yanaşı, müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməli, gəncləri yalnız peşəyə deyil, həm də ölkənin gələcəyi üçün müstəqil qərar qəbul etməyə və məsuliyyət daşımağa hazırlamalıdır.
İstəyirəm ki, gənclərimiz universitetdə öz suallarını sərbəst verə, fikirlərini açıq deyə və gələcəkləri barədə müstəqil qərar verə bilsinlər. Bundan sonrakı işimdə də bunun üçün əlimdən gələni edəcəyəm”.
Modern.az
20:33 / 20 Noyabr 2026
10
20:25 / 20 Noyabr 2026
49
20:20 / 20 Noyabr 2026
43
20:18 / 20 Noyabr 2026
50
20:06 / 20 Noyabr 2026
57
20:02 / 20 Noyabr 2026
322
20:01 / 20 Noyabr 2026
50
19:50 / 20 Noyabr 2026
70
19:50 / 20 Noyabr 2026
65
19:46 / 20 Noyabr 2026
72
19:37 / 20 Noyabr 2026
89
19:37 / 20 Noyabr 2026
753
19:29 / 20 Noyabr 2026
67
19:23 / 20 Noyabr 2026
73
19:23 / 20 Noyabr 2026
68
19:16 / 20 Noyabr 2026
75
19:06 / 20 Noyabr 2026
76
18:57 / 20 Noyabr 2026
543
18:39 / 20 Noyabr 2026
83
18:30 / 20 Noyabr 2026
104
18:12 / 20 Noyabr 2026
92
18:06 / 20 Noyabr 2026
99
17:54 / 20 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.