Qaynar xətt:

(+99450) 247 90 86

Vyetnam Azərbaycan üçün yeni strateji tərəfdaşa çevrilir – Hikmət Babaoğlu AÇIQLADI  

Vyetnam Azərbaycan üçün yeni strateji tərəfdaşa çevrilir – Hikmət Babaoğlu AÇIQLADI  

SİYASƏT

75

20.11.2026, 20:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan tarixi mərhələdə Cənub-Şərqi Asiya ölkələri Azərbaycanın xarici siyasətinin yeni istiqamətləri kimi müəyyənləşməkdədir. Çünki bu münasibətləri zəruri edən şərtlər indiki tarixi mərhələdə formalaşmağa başlayıbdır. Vyetnam-Azərbaycan münasibətlərinin dərin tarixi var. Çünki hər birimiz xatırlayırıq ki, Sovet dövründə Azərbaycanın müxtəlif peşə məktəblərində, ali təhsil müəssisələrində çox sayda vietnamlı təhsil alırdı və o dövrdən başlayaraq Vyetnamla Azərbaycan arasında mədəni-humanitar əlaqələr mövcuddur. 

Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Oxu24.com-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə,son dövrlərdə isə Azərbaycanın humanitar diplomatiya missiyası Vyetnam da əhatə etməkdədir. Heydər Əliyev Fondu vasitəsilə Vyetnamla müəyyən humanitar-mədəni əlaqələr qurulubdur. Heydər Əliyev Fondu orada müxtəlif layihələr həyata keçiribdir. Və beləliklə, yeni qeyri-iqtisadi şərtlər kontekstində Vyetnam-Azərbaycan münasibətlərinin yeni mərhələsi başlamaqdadır.

Hikmət Babaoğlu əlavə edib ki,

Vyetnam Şərqi Asiyanın çox böyük perspektivə malik ölkələrindən biridir. Vyetnam yeni sənaye inqilabının öncüllərindən biridir. Hətta qlobal bazarda Çinlə rəqabət edəcək qədər texnoloji imkanlara malik bir ölkədir. 

Millət vəkili vurğulayıb ki, eyni zamanda Vyetnam digər Asiya ölkələri kimi Avropaya doğru öz iqtisadi maraqlarını irəli sürərkən, şübhəsiz ki, ümumiyyətlə, Azərbaycan coğrafiyası çıxır və bu coğrafiyanın yeni imkanları, yeni kommunikasiya imkanları Vyetnam üçün də cəlbedicidir. 

Onun sözlərinə görə, Azərbaycan isə əlbəttə ki, neft, karbohidrogen məhsulları, qaz və bu xammallardan istehsal olunan müxtəlif kimya məhsullarına ehtiyac duyur. Ona görə də Vyetnamın baş nazirinin Azərbaycana səfəri və Azərbaycan prezidentinin Vyetnama səfəri bu potensial əməkdaşlığı gələcəkdə real imkanlara çevirmək məqsədi daşıyır. 

Millət vəkilinin fikrincə, bu həm də Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində yenidən formalaşmaqda olan tamamilə yeni statusu ilə əlaqədardır.

Çünki biz Vyetnamla müxtəlif beynəlxalq platformalarda da əməkdaşlıq edirik və bir-birimizə dəstək veririk.