Zirədə evlərdən oğurluq edən yeznə-qayın 5,5 il həbs edildi
20 Noyabr 2026, 18:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
27
20.11.2026, 18:57
Azərbaycan Respublikasının hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs ediliblər.
Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılmış sabit silahlı qrupun fəaliyyətində iştirak etmiş Azərbaycan Respublikası vətəndaşları saxlanılaraq ölkəyə gətirilib.
Belə ki, əməliyyat-istintaq tədbirləri ilə Abdurahmanov Yunus Mehman oğlunun 15 noyabr 2025-ci il tarixdə xarici ölkə ərazisinə gedərək orada "İslam Dövləti Xorasan Vilayəti" (İŞİD - Vilayəti Xorasan) terrorçu təşkilatına qoşulması, dağlıq ərazidə xüsusi hazırlanmış mağara tipli gizli düşərgədə yerləşdirilməsi, odlu silah və döyüş sursatları ilə təchiz olunaraq terror-təxribat aktlarının törədilməsi üçün hərbi təlimlərdə iştirakı təsbit edilmiş, xüsusi əməliyyat tədbirləri ilə ələ keçirilib.
Bundan başqa, həmin terror qruplaşmasının digər üzvü Həsənbəyov Abdulla Yaşar oğlu xarici dövlətin hökumət qüvvələrinə qarşı hərbi əməliyyatların keçirilməsində iştirak niyyəti ilə xarici ölkəyə getmiş, Azərbaycan tərəfinin verdiyi məlumat əsasında müvafiq dövlətin təhlükəsizlik orqanları ilə birgə tədbirlərlə gizli marşrut üzrə hərəkəti zamanı saxlanılıb.
Qeyd olunan cinayət əməllərinə görə Yunus Abdurahmanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü, Abdulla Həsənbəyov isə 29, 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
18:39 / 20 Noyabr 2026
47
18:30 / 20 Noyabr 2026
62
18:12 / 20 Noyabr 2026
58
18:06 / 20 Noyabr 2026
71
17:54 / 20 Noyabr 2026
74
17:48 / 20 Noyabr 2026
79
17:34 / 20 Noyabr 2026
89
17:26 / 20 Noyabr 2026
94
17:14 / 20 Noyabr 2026
197
17:12 / 20 Noyabr 2026
111
17:09 / 20 Noyabr 2026
94
17:05 / 20 Noyabr 2026
103
16:58 / 20 Noyabr 2026
137
16:54 / 20 Noyabr 2026
102
16:43 / 20 Noyabr 2026
423
16:21 / 20 Noyabr 2026
132
16:20 / 20 Noyabr 2026
130
16:05 / 20 Noyabr 2026
115
15:58 / 20 Noyabr 2026
114
15:55 / 20 Noyabr 2026
126
15:48 / 20 Noyabr 2026
137
15:35 / 20 Noyabr 2026
122
15:25 / 20 Noyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.