Parlamentdə son çıxışında evlilik təklif etdi - Video
20 Noyabr 2026, 18:39
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
81
20.11.2026, 17:48
Azərbaycan və Belarus respublikaları müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, bu ölkənin Silahlı Qüvvələrinin rabitə rəisi – Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə İdarəsinin rəisi polkovnik Pavel Prasolun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinə səfər edib.
Müdafiə Nazirliyindən Oxu24.com -a verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində qonaqlarla “Rabitənin təşkili və rabitə bölmələrinin tətbiqi üzrə işçi görüşü” keçirilib. Tədbirdə həmçinin rabitə bölmələrinin və vasitələrinin tətbiqi, eləcə də digər mövzulara dair qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti N saylı hərbi hissədə olub. Burada qonaqlara Azərbaycan Ordusunda rabitə işinin təşkili haqqında ətraflı məlumat verilib, müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnikalar təqdim olunub.
Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini və Hərb Tarixi Muzeyini ziyarət edib, ölkəmizin hərb tarixi, eləcə də Vətən uğrunda şəhid olanların qəhrəmanlıq yolu ilə tanış olublar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Qeyd edilib ki, səfər iki ölkə arasında qoşunlarda rabitə işinin təşkili sahəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və kadr hazırlığı istiqamətində əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
18:57 / 20 Noyabr 2026
17
18:39 / 20 Noyabr 2026
47
18:30 / 20 Noyabr 2026
62
18:12 / 20 Noyabr 2026
58
18:06 / 20 Noyabr 2026
71
17:54 / 20 Noyabr 2026
74
17:34 / 20 Noyabr 2026
89
17:26 / 20 Noyabr 2026
94
17:14 / 20 Noyabr 2026
197
17:12 / 20 Noyabr 2026
111
17:09 / 20 Noyabr 2026
94
17:05 / 20 Noyabr 2026
103
16:58 / 20 Noyabr 2026
137
16:54 / 20 Noyabr 2026
102
16:43 / 20 Noyabr 2026
423
16:21 / 20 Noyabr 2026
132
16:20 / 20 Noyabr 2026
130
16:05 / 20 Noyabr 2026
115
15:58 / 20 Noyabr 2026
114
15:55 / 20 Noyabr 2026
126
15:48 / 20 Noyabr 2026
137
15:35 / 20 Noyabr 2026
122
15:25 / 20 Noyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.