Metroda nə baş verib?
20 Noyabr 2026, 19:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
34
20.11.2026, 19:06
Dünya bazarında qızılın qiyməti yeni həftəyə də kəskin ucuzlaşma ilə başlayıb. ABŞ-da inflyasiyanın yüksək səviyyədə qalması və Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağına dair gözləntilərin güclənməsi qiymətli metallara təzyiqi artırır.
Ötən həftə iyun ayından bəri ən böyük həftəlik ucuzlaşmasını qeydə alan qızıl noyabrın 16-da daha 1%-dən çox dəyər itirərək bir unsiya üçün 3838 dollara düşüb.
Qızılın ucuzlaşmasına ABŞ-da davamlı inflyasiya, dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi və texnologiya şirkətlərinin səhmlərində baş verən eniş təsir göstərir.
Xüsusilə texnologiya sektorundakı itkilər bəzi investorları digər aktivlərdə yaranan zərərləri qarşılamaq üçün qızıl mövqelərini satmağa məcbur edir. Bu isə qiymətli metal üzərində əlavə satış təzyiqi yaradır.
Bəs, bu ucuzlaşma nə qədər davam edə bilər?
Oxu24.com xəbər verir ki,məsələyə aydınlıq gətirən iqtisadçı Əkrəm Həsənov Bizim.Media-ya bildirib ki, qızılın ucuzlaşmasının əsas səbəbi ABŞ-dakı yüksək infilyasiya fonunda FED-dən gözləntilərdir:
“Əksəriyyət hesab edir ki, ən yaxın zamanda FED faiz dərəcələrini artıracaq. Faiz dərəcələri artırılması da o deməkdir ki, Amerikanın qiymətli kağızlar bazarında gəlirlilik artacaq. Nəticədə dolların mövqeyi möhkəmlənəcək. Buna görə də investorlar vəsaitlərini qızılda yox, dollarda saxlamağa üstünlük verir.
Ancaq bu uzun müddətli investisiya deyil. Çünki uzun müddətli perspektivdə qızıl daima bahalaşır, dollarsa dəyər itirir. Ona görə də qızılın ucuzlaşması uzun müddət davam etməyəcək. Müəyyən dövrdən sonra qızıl yenidən bahalaşacaq”.
19:16 / 20 Noyabr 2026
1
18:57 / 20 Noyabr 2026
142
18:39 / 20 Noyabr 2026
57
18:30 / 20 Noyabr 2026
75
18:12 / 20 Noyabr 2026
68
18:06 / 20 Noyabr 2026
78
17:54 / 20 Noyabr 2026
83
17:48 / 20 Noyabr 2026
85
17:34 / 20 Noyabr 2026
97
17:26 / 20 Noyabr 2026
107
17:14 / 20 Noyabr 2026
209
17:12 / 20 Noyabr 2026
115
17:09 / 20 Noyabr 2026
96
17:05 / 20 Noyabr 2026
106
16:58 / 20 Noyabr 2026
142
16:54 / 20 Noyabr 2026
106
16:43 / 20 Noyabr 2026
440
16:21 / 20 Noyabr 2026
138
16:20 / 20 Noyabr 2026
133
16:05 / 20 Noyabr 2026
122
15:58 / 20 Noyabr 2026
119
15:55 / 20 Noyabr 2026
134
15:48 / 20 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.