YENİ NAZİRİN TƏƏCCÜB DOĞURAN YENİ ƏMRİ - "Səhiyyə və ya onun təşkilatının belə hüququ yoxdur"
20 Noyabr 2026, 19:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
53
20.11.2026, 19:23
“Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur”.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə ünvanladığı müraciətdə qeyd olunub.
“Təəssüf ki, bəzən sürücülər hava və yol şəraitini, hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq vaxtını nəzərə almadan, avtomobillərini yolun hərəkət hissəsində saxlamaqla təhlükəli vəziyyət yaratdıqlarının fərqinə varmırlar.
Qanuna əsasən sürücü baş vermiş qəzanın və ya yaranmış texniki nasazlığın növbəti xoşagəlməz hadisəyə səbəb olmaması üçün ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanı quraşdırmalı və ən qısa zamanda yolun hərəkət hissəsini boşaltmağa çalışmalıdır.
Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, digər sürücülər onu vaxtında görə bilsin.
Eləcə də, avtomobil sıradan çıxdıqda, sürücü onu yoldan tamamilə kənara, bu mümkün olmadıqda səki və ya yol çiyninə çəkməli, digər sürücüləri xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi səhlənkarlıq səbəbindən dəfələrlə ağır faciələrin yaşandığını bir daha sürücülərin diqqətinə çatdırır və onları özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır”, - deyə müraciətdə bildirilib.Bizim.Media
19:37 / 20 Noyabr 2026
1
19:37 / 20 Noyabr 2026
230
19:29 / 20 Noyabr 2026
35
19:23 / 20 Noyabr 2026
48
19:16 / 20 Noyabr 2026
54
19:06 / 20 Noyabr 2026
56
18:57 / 20 Noyabr 2026
331
18:39 / 20 Noyabr 2026
67
18:30 / 20 Noyabr 2026
91
18:12 / 20 Noyabr 2026
79
18:06 / 20 Noyabr 2026
86
17:54 / 20 Noyabr 2026
90
17:48 / 20 Noyabr 2026
90
17:34 / 20 Noyabr 2026
102
17:26 / 20 Noyabr 2026
115
17:12 / 20 Noyabr 2026
120
17:09 / 20 Noyabr 2026
103
17:05 / 20 Noyabr 2026
110
16:58 / 20 Noyabr 2026
151
16:54 / 20 Noyabr 2026
111
16:43 / 20 Noyabr 2026
457
16:21 / 20 Noyabr 2026
142
16:20 / 20 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.