Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib
09 Noyabr 2026, 14:58
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
540
23.07.2026, 10:27
Bakıda "İdrak" liseyinin riyaziyyat müəllimi Şəhla Kamilovaya qarşı silahlı hücum törətməkdə təqsirləndirilən məktəblinin cinayət işi üzrə məhkəmə araşdırması sabah – iyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək.
Musavat.com xəbər verir ki, işə hakim Vüqar Quliyevin sədrliyi ilə baxılır.
Ötən məhkəmə iclasında zərərçəkmiş şəxs Şəhla Kamilova iştirak edib. Anket məlumatları dəqiqləşdirilərkən o, "İdrak" liseyində riyaziyyat müəllimi işlədiyini bildirib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə bir neçə vəsatət qaldırıb. İlk olaraq, müdafiəçi müvəkkilinin yanında əyləşməsinə icazə verilməsini xahiş edib və məhkəmə bu vəsatəti təmin edib.
Vəkil növbəti vəsatətində prosesin qapalı keçirilməsini istəyib. O bildirib ki, cinayət işi ilə bağlı mətbuatda yayılan məlumatlar və sosial şəbəkələrdə yazılan rəylər təqsirləndirilən yeniyetmənin ailəsinə ciddi psixoloji təsir göstərir. Müdafiəçi qeyd edib ki, ailənin digər iki azyaşlı övladı da yaranmış vəziyyətdən mənfi təsirlənir. Prokuror və digər tərəflər vəsatətə etiraz etməsələr də, məhkəmə hazırkı mərhələdə prosesin qapalı keçirilməsi üçün hüquqi əsas görmədiyini bildirərək vəsatəti təmin etməyib.
Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, hadisədən əvvəl müəllim Şəhla Kamilova şagirdə dərsi bilmədiyi üçün irad bildirib. Təqsirləndirilən yeniyetmə bunu öz şəxsiyyətinə qarşı təhqir və hörmətsizlik kimi qəbul edib. İddia olunur ki, həmin gün o, Rəsulzadə qəsəbəsində yerləşən evlərində atası Samir Şirinovun gizlətdiyi ov tüfəngini və patron darağını götürərək öz otağına aparıb, patronları darağa yerləşdirib və silahı çantasında gizlədərək məktəbə gətirib. İstintaqın qənaətinə görə, məktəbin girişində çantaların yoxlanılmamasından istifadə edən şagird silahı maneəsiz binaya keçirib, daha sonra onu atəşə hazır vəziyyətə gətirib, müəllimin olduğu otağa daxil olaraq atəş açıb və hadisə yerindən uzaqlaşıb.
Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildiyini deyib. O, müəllimini öldürmək niyyətində olmadığını, bu məqsədlə hərəkət etmədiyini bildirib.
Xatırladaq ki, hadisə bu il fevralın 6-da Binəqədi rayonunda yerləşən "İdrak" liseyində baş verib. Baş Prokurorluğun yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılması nəticəsində müəllim xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.
Fevralın 7-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddələri, yəni qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb.
16:56 / 09 Noyabr 2026
12
16:53 / 09 Noyabr 2026
79
16:43 / 09 Noyabr 2026
59
16:37 / 09 Noyabr 2026
70
16:32 / 09 Noyabr 2026
58
16:28 / 09 Noyabr 2026
66
16:25 / 09 Noyabr 2026
141
16:23 / 09 Noyabr 2026
85
16:19 / 09 Noyabr 2026
96
16:06 / 09 Noyabr 2026
207
15:54 / 09 Noyabr 2026
524
15:49 / 09 Noyabr 2026
86
15:47 / 09 Noyabr 2026
206
15:45 / 09 Noyabr 2026
298
15:40 / 09 Noyabr 2026
1140
15:34 / 09 Noyabr 2026
82
15:23 / 09 Noyabr 2026
109
15:13 / 09 Noyabr 2026
124
15:05 / 09 Noyabr 2026
677
15:00 / 09 Noyabr 2026
136
14:58 / 09 Noyabr 2026
105
14:55 / 09 Noyabr 2026
133
14:42 / 09 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.