Cəlilabadda fərdi yaşayış evi yandı - Video
09 Noyabr 2026, 18:31
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1634
16.07.2026, 19:25
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) naməlum şəxslərin qadınların sosial şəbəkələrdə paylaşdıqları fotoşəkilləri süni intellekt proqramlarından istifadə edərək üzərinə nalayiq ifadələr yazdıqları, həmin görüntüləri müxtəlif sosial media platformalarında yaydıqları və bu görüntülərin silinməsi müqabilində zərərçəkənlərdən pul tələb etdikləri barədə məlumatlar daxil olub.
DİN-in Mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər “TikTok”, “Instagram” və “Telegram” sosial şəbəkələrindən qadınlara məxsus fotoları süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz məzmunlu informasiyalar əlavə ediblər. Daha sonra saxta hesablar vasitəsilə bu görüntüləri sosial şəbəkələrdə yayımlayıb silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul tələb ediblər.
Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb, hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə paylaşılan foto və videogörüntülər müxtəlif şəxslər tərəfindən dəyişdirilə, montaj edilə və qanunsuz məqsədlərlə istifadə oluna bilər. Bu səbəbdən vətəndaşlara şəxsi foto və videolarını tanımadıqları şəxslərlə paylaşmamaq, şübhəli mesaj və təkliflərə etibar etməmək tövsiyə olunur.
19:53 / 09 Noyabr 2026
39
19:52 / 09 Noyabr 2026
35
19:44 / 09 Noyabr 2026
59
19:44 / 09 Noyabr 2026
57
19:27 / 09 Noyabr 2026
67
19:25 / 09 Noyabr 2026
112
19:19 / 09 Noyabr 2026
95
19:15 / 09 Noyabr 2026
119
19:12 / 09 Noyabr 2026
228
19:11 / 09 Noyabr 2026
135
19:01 / 09 Noyabr 2026
78
18:57 / 09 Noyabr 2026
189
18:46 / 09 Noyabr 2026
97
18:41 / 09 Noyabr 2026
166
18:38 / 09 Noyabr 2026
170
18:31 / 09 Noyabr 2026
138
18:25 / 09 Noyabr 2026
1236
18:23 / 09 Noyabr 2026
122
18:14 / 09 Noyabr 2026
109
18:02 / 09 Noyabr 2026
573
17:57 / 09 Noyabr 2026
122
17:56 / 09 Noyabr 2026
98
17:55 / 09 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.