Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyadan ABŞ-yə neft aparan tankerin müəmmalı taleyi

Rusiyadan ABŞ-yə neft aparan tankerin müəmmalı taleyi

DÜNYA

42

09.11.2026, 19:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəmi izləmə portalının Marine Traffic məlumatlarına görə, Rusiya dizel yanacağı daşıyan tankerlər hələ də ABŞ limanlarına çatmayıb.

Portala görə, Yunanıstanın Agioi Fanendes gəmisi hazırda Nyu-Cersi limanından 1000 kilometrdən bir qədər az məsafədədir. Bu arada, Talisman tankeri Süveyş kanalının girişində, Beast isə Böyük Britaniya yaxınlığında Atlantik okeanındadır. Leruo gəmisi Braziliyaya doğru gedir.

Yanacağın boşaldılmasına 7 noyabrda başlanacağı gözlənilirdi.

5 noyabrda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-a gedən Rusiya yanacağını daşıyan üç tankerdən ikisinin marşrutlarını dəyişdirdiyinə dair xəbərlərə münasibət bildirib. O, marşrutun təfərrüatlarının açıqlanmadığını, lakin "bütün dizel yanacağının öz alıcısını tapacağını" bildirib. Bundan əvvəl ABŞ rəsmiləri limanları dizel yanacağını qəbul etdiklərinə görə sanksiyalarla hədələyiblər.

Nigar