Büdcədən 192 milyon manata yaxın vəsait geri qaytarılıb
06 Avqust 2026, 11:31
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
154
05.08.2026, 14:59
Azərbaycanda müharibə veteranlarına ödənilən aylıq 80 manat məbləğində Prezident təqaüdünün məbləği 2019-cu ildən bəri dəyişməz olaraq qalır. Ötən müddət ərzində ölkədə minimum əməkhaqqı, minimum pensiya və bir çox digər sosial ödənişlər dəfələrlə artırılsa da, həssas təbəqə sayılan veteranların təqaüdü əvvəlki səviyyədə saxlanılıb. Son illərdə müşahidə olunan inflyasiya, qiymət artımları və yaşayış xərclərinin yüksəlməsi isə bu vəsaitin real alıcılıq qabiliyyətini xeyli aşağı salıb. Mövcud iqtisadi reallıqlar fonunda 80 manatlıq ödənişin gündəlik tələbatı qarşılamaq imkanlarının zəifləməsi cəmiyyətdə bu məsələnin yenidən nəzərdən keçirilməsi zərurətini gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, sosial siyasətin ardıcıllığı və sosial ədalət prinsipinin qorunması üçün veteran ödənişlərinin indeksləşdirilməsi olduqca vacibdir. Dövlətin xüsusi xidmətləri olan şəxslərə qayğısının növbəti təzahürü kimi bu təqaüdün artırılması iqtisadi baxımdan da tam əsaslandırılmış addım sayılır.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, müharibə veteranlarına ödənilən Prezident təqaüdünün artırılması məsələsi həm sosial ədalət, həm də dövlətin sosial siyasəti baxımından qiymətləndirilməlidir:
"2019-cu ildən bəri bu təqaüdün məbləğinin dəyişməməsi, həmin dövrdə isə inflyasiya, qiymət artımları və yaşayış xərclərinin yüksəlməsi onun real alıcılıq qabiliyyətinin azalmasına səbəb olub. Nominal olaraq məbləğ eyni qalsa da, həmin vəsaitin gündəlik tələbatı ödəmə imkanları əvvəlki illərlə müqayisədə olduqca zəifləyib”.
Onun sözlərinə görə, son illərdə minimum əməkhaqqı, minimum pensiya və digər sosial ödənişlər üzrə bir sıra artımlar həyata keçirilib. Bu isə dövlətin sosial müdafiə sahəsinə diqqət ayırdığını göstərir. Eyni yanaşmanın müharibə veteranlarına şamil edilməsi də sosial siyasətin ardıcıllığı baxımından məntiqli görünür. Çünki veteranlar dövlət qarşısında xüsusi xidmətləri olan və cəmiyyətin həssas sosial qruplarından biri hesab olunurlar.
Mütəxəssis vurğulayıb ki, inflyasiya şəraitində sosial ödənişlərin uzun müddət indeksləşdirilməməsi onların real dəyərinin azalmasına gətirib çıxarır:
"Buna görə də belə ödənişlərin müəyyən dövrlərdə yenidən nəzərdən keçirilməsi beynəlxalq təcrübədə də tətbiq olunan yanaşmalardan biridir. Məqsəd yalnız nominal artım deyil, sosial dəstəyin real alıcılıq qabiliyyətini qorumaqdır.
Bununla yanaşı, sosial ödənişlərin artırılması dövlət büdcəsinin imkanları və fiskal dayanıqlılıq nəzərə alınmaqla həyata keçirilməlidir. Hər bir artımın büdcəyə əlavə maliyyə yükü yaratdığı nəzərə alınmalı, qərarlar maliyyə imkanları ilə sosial ehtiyaclar arasında balans əsasında qəbul edilməlidir. Lakin sosial siyasətin prioritet istiqamətlərindən biri həssas qrupların rifahının qorunması olduğundan, veteran təqaüdlərinin də müəyyən dövrlərdə yenidən qiymətləndirilməsi məqsədəuyğundur”.
Akif Nəsirli fikrini yekunlaşdıraraq qeyd edib ki, son yeddi ilə yaxın müddətdə qiymətlərin və yaşayış xərclərinin artması fonunda müharibə veteranlarına ödənilən 80 manatlıq Prezident təqaüdünün artırılması məsələsinin gündəmə gətirilməsi iqtisadi və sosial baxıdan əsaslandırılmış yanaşmadır. Belə bir addım yalnız maddi dəstəyin artırılması deyil, həm də dövlətin müharibə veteranlarının xidmətinə verdiyi dəyərin və sosial qayğının növbəti ifadəsi kimi qiymətləndirilə bilər.
Çimnaz Telmanqızı
18:47 / 06 Avqust 2026
1
18:45 / 06 Avqust 2026
8
18:40 / 06 Avqust 2026
27
18:34 / 06 Avqust 2026
30
18:09 / 06 Avqust 2026
21
17:55 / 06 Avqust 2026
48
17:35 / 06 Avqust 2026
37
17:15 / 06 Avqust 2026
73
16:55 / 06 Avqust 2026
70
16:40 / 06 Avqust 2026
79
16:15 / 06 Avqust 2026
99
16:15 / 06 Avqust 2026
82
15:55 / 06 Avqust 2026
74
15:53 / 06 Avqust 2026
96
15:45 / 06 Avqust 2026
106
15:30 / 06 Avqust 2026
73
15:15 / 06 Avqust 2026
89
14:59 / 06 Avqust 2026
99
14:58 / 06 Avqust 2026
83
14:45 / 06 Avqust 2026
93
14:27 / 06 Avqust 2026
114
14:17 / 06 Avqust 2026
100
14:14 / 06 Avqust 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.