Büdcədən 192 milyon manata yaxın vəsait geri qaytarılıb
06 Avqust 2026, 11:31
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
148
04.08.2026, 11:47
Bir vaxtlar Azərbaycanın turizm sektorunun əsas hərəkətverici qüvvələrindən hesab olunan Yaxın Şərq bazarı yenidən ölkənin turizm gündəminin diqqət mərkəzinə qayıdır. Azərbaycan Turizm Bürosu bu regiondan turist axınının artırılması üçün artıq müxtəlif aviasiya və turizm şirkətləri ilə fəal danışıqlara başlayıb. Son dövrlər Yaxın Şərqdə yaşanan hərbi-siyasi gərginliklər və hava məkanındakı məhdudiyyətlər Körfəz ölkələrindən gələn turistlərin sayında nəzərəçarpan azalmaya səbəb olmuşdu. İndi isə həmin bazarın bərpası və ölkəmizə olan marağın yenidən artırılması üçün atılan addımların nə dərəcədə effektiv olacağı geniş müzakirə olunur. Mütəxəssislərin fikrincə, təkcə tanıtım və danışıqlarla kifayətlənmək olmaz, turistlərin yenidən cəlb edilməsi üçün daha əhatəli mexanizmlərin işə salınması vacibdir. Xüsusilə nəqliyyat xərclərinin tənzimlənməsi, aviadaşımaların əlçatanlığı və region hava limanlarının prosesə inteqrasiyası bu məsələdə həlledici rol oynayır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib ki, ölkəmizdə turizm sektorunun canlandırılması üçün müəyyən addımlar atılmaqdadır.
"Turist sayının azalmasına regional gərginliklər təsir etdi"
Ekspertin sözlərinə görə, Yaxın Şərqdən gələn turistlərin sayındakı durğunluq köklü səbəblərlə bağlıdır:
"Azərbaycana gələn turistlərin sayının azalmasının əsas səbəbi Yaxın Şərqdə cərəyan edən hərbi-siyasi processesdir. Cənubumuzda yaşanan İran-İsrail gərginliyi, ənənəvi bazarlarımız sayılan Pakistan və Hindistandakı durğunluq, xüsusən də Yaxın Şərq və Körfəz ölkələrindən gələnlərin sayındakı azalma bilavasitə hava məkanının qapalı olması ilə bağlı idi. Bu hal ölkəmizə gələn turistlər üçün marşrutları əlerişsiz və mürəkkəb hala gətirmişdi”.
Ceyhun Aşurov qeyd edib ki, hazırda həmin bazarların bərpası istiqamətində müəyyən işlər görülür, birbaşa reyslərin açılması, viza rejiminin sadələşdirilməsi və tanıtım tədbirləri həyata keçirilir. Lakin ərəb turistlərinin kütləvi qayıdışı üçün ilk növbədə həmin regionda sabitliyin olması vacib şərtdir.
Ekspert vurğulayıb ki, ölkəyə turist axınını artırmaq üçün üç əsas meyar mövcuddur: təhlükəsizlik, sadələşdirilmiş viza rejiminin ("ASAN Viza") olması və ölkəyə gəlişin əlçatan, sərfəli olması.
"Bu gün ən böyük problemlərdən biri gediş-gəlişin maliyyə tərəfidir. Azərbaycanda təklif olunan turpaketlərin tərkibində nəqliyyat xərcləri 40 faizin üzərindədir. Bu, kifayət qədər ciddi və yüksək göstəricidir. Ölkəmizi turizm baxımından cəlbedici etmək istəyiriksə, gəliş xərclərini mütləq şəkildə daha sərfəli hala gətirməliyik”.
Ekspert hesab edir ki, yalnız mövcud resurslarla kifayətlənmək olmaz, daha geniş addımlar atılmalıdır:
•Aşağı büdcəli aviadaşıyıcılar (loukosterlər): Ölkəyə ucuz uçuşlar həyata keçirən aviaşirkətlərin cəlb edilməsi və onlarla işbirliyinin genişləndirilməsi vacibdir.
•Region hava limanlarının aktivləşdirilməsi: Yalnız Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu ilə kifayətlənməyib, gələcəkdə digər beynəlxalq hava limanlarımızı da bu prosesə fəal şəkildə inteqrasiya etmək lazımdır.
Ceyhun Aşurov əlavə edib ki, əgər nəqliyyat qiymətlərində əlverişli şərait yaradılarsa və alternativ uçuş imkanları artırılarsa, Azərbaycan Yaxın Şərq bazarında yenidən əvvəlki mövqeyini bərpa edə və turist axınında ciddi artıma nail ola bilər.
Çimnaz Telmanqızı
19:30 / 06 Avqust 2026
11
19:09 / 06 Avqust 2026
21
19:05 / 06 Avqust 2026
30
18:47 / 06 Avqust 2026
293
18:45 / 06 Avqust 2026
53
18:41 / 06 Avqust 2026
44
18:40 / 06 Avqust 2026
105
18:34 / 06 Avqust 2026
61
18:09 / 06 Avqust 2026
47
17:55 / 06 Avqust 2026
61
17:35 / 06 Avqust 2026
52
17:15 / 06 Avqust 2026
83
16:55 / 06 Avqust 2026
73
16:40 / 06 Avqust 2026
83
16:15 / 06 Avqust 2026
104
16:15 / 06 Avqust 2026
84
15:55 / 06 Avqust 2026
76
15:53 / 06 Avqust 2026
101
15:45 / 06 Avqust 2026
106
15:30 / 06 Avqust 2026
75
15:15 / 06 Avqust 2026
90
14:59 / 06 Avqust 2026
101
14:58 / 06 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.