Doğum sayının azalması ölkə iqtisadiyyatına necə təsir edəcək? – İqtisadçı ŞƏRHİ
24 İyul 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
220
17.07.2026, 15:05
Azərbaycanda son illər dövlət tərəfindən bölgələrdə infrastrukturun yenilənməsi, kommunal xidmətlərin yaxşılaşdırılması və mühüm sosial layihələrin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. Lakin bütün bu müsbət dəyişikliklərə baxmayaraq, regionların sosial-iqtisadi inkişafı qarşısında hələ də həllini gözləyən ciddi problemlər qalmaqdadır. Mövcud vəziyyət göstərir ki, bölgələrin potensialından tam istifadə etmək və orada iqtisadi aktivliyi artırmaq üçün yalnız sosial layihələrlə kifayətlənmək olmaz. Problemlərin kökündə dayanan amilləri daha dərindən analiz etmək və inkişafı sürətləndirmək üçün prioritet sahələri müəyyənləşdirmək lazımdır.
Regionların qarşısında duran əsas maneələr və atılmalı olan zəruri addımlar barədə iqtisadçı ekspert Rəşad Həsənov Oxu24.com-a ətraflı məlumat verib.
Ekspert bildirib ki, yalnız sosial infrastrukturun formalaşdırılması yolu ilə iqtisadi inkişafı və aktivliyi təmin etmək mümkün deyil.
Ekspert hazırda mövcud vəziyyətin ortaya çıxmasını şərtləndirən amilləri üç əsas qrupda cəmləşdirib:
“Yerli özünüidarəetmə orqanlarının zəif inkişafı və sərt mərkəzləşdirilmiş idarəetmə modelinin tətbiqi əsas problemlərdəndir. Bu modeldə nəzarət mexanizminin zəif olmasından qaynaqlanan problemlər fərdi sahibkarlığı, bazara sərbəst giriş-çıxış imkanlarını, liberal iqtisadi mühiti və investisiya təşviqini məhdudlaşdırır. Regionlarda iqtisadi ekosistemi formalaşdıran və digər aktiv aktorların təşkilatlanmasını təmin edən mühit mövcud deyil, bu istiqamətdə iştirakçılıq olduqca zəifdir”.
Onun sözlərinə görə, son onillikdə həyata keçirilən iqtisadi modelin təsirindən ortaya çıxan nəzarət olunmayan urbanizasiya və daxili miqrasiya regionları zəiflədir:
“Bölgələrdə rifah mühitinin çatışmazlığı, keyfiyyətli səhiyyə və təhsil xidmətlərinə, həmçinin istirahət, əyləncə və akademik mühit xidmətlərinə çıxış imkanlarının məhdudluğu əhalini Bakı şəhərinə köçməyə sövq edir. Bu köç prosesinin nəticəsi olaraq regionlarda ciddi insan resursları və ixtisaslı kadr çatışmazlığı faktoru yaranır ki, bu da iqtisadi artım resurslarının qıtlığına gətirib çıxarır”.
Ekspert həmçinin, vurğulayıb ki, mövcud sərt, mühafizəkar və qeyri-liberal iqtisadi model uğursuzdur. Bu model investisiya axınlarının regionlara və kənarlara doğru yayılmasını məhdudlaşdırır və nəticədə tarazlı inkişaf siyasəti səmərə vermir:
“Azərbaycan aqrar təyinatlı ölkə olsa da, son onillikdə aparılan siyasət elmi, akademik əsaslı və aqrotexniki qaydalara uyğun iri korporasiyaların və intensiv təsərrüfatçılığın ortaya çıxması ilə nəticələnməyib”.
Sonda R. Həsənov əlavə edib ki, kənd təsərrüfatı ən aşağı mənfəət norması və ən aşağı əməkhaqqı olan sahələrdən birinə çevrilib. Bu sahədə sığorta mexanizmlərinin uğursuzluğu və təkmilləşdirilməməsi, eyni zamanda resursların qeyri-səmərəli bölüşdürülməsi və maliyyəyə çıxış imkanlarının məhdudluğu regionların zəif inkişafını şərtləndirən əsas iqtisadi amillərdir.
20:35 / 26 İyul 2026
1
20:15 / 26 İyul 2026
68
19:42 / 26 İyul 2026
73
19:09 / 26 İyul 2026
76
19:09 / 26 İyul 2026
88
18:54 / 26 İyul 2026
97
18:53 / 26 İyul 2026
99
18:05 / 26 İyul 2026
95
13:40 / 26 İyul 2026
151
13:25 / 26 İyul 2026
140
12:55 / 26 İyul 2026
214
12:35 / 26 İyul 2026
169
12:30 / 26 İyul 2026
309
12:23 / 26 İyul 2026
1128
12:15 / 26 İyul 2026
148
12:00 / 26 İyul 2026
117
11:35 / 26 İyul 2026
798
11:30 / 26 İyul 2026
158
11:21 / 26 İyul 2026
212
11:13 / 26 İyul 2026
142
11:10 / 26 İyul 2026
106
11:05 / 26 İyul 2026
1518
10:55 / 26 İyul 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.