Qaynar xətt:

(+99450) 247 90 86

Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib

Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib

İDMAN

100

05.11.2026, 00:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Fənərbaxça” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.

Oxu24.com xəbər verir ki, Türkiyə təmsilçisi IV tur çərçivəsində doğma meydanda İngiltərənin “Liverpul” klubu ilə qarşılaşıb.

İstanbul nəhəngi iki dəfə hesabda geri düşməsinə baxmayaraq oyunda geridönüş yaratmağı bacarıb. Komanda 3:2 hesablı qələbəyə sevinib.

Çempionlar Liqası, Liqa mərhələsi

IV tur

4 noyabr

21:45. “Fənərbaxça” – “Liverpul” 3:2

Hakim: Kleman Turpen (Fransa)

“Chobani”, İstanbul