Yarım milyon manatı vergidən yayındırma faktı üzrə məhkəmə başlayıb
11 Noyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
672
13.05.2026, 17:10
Hüquqşünas Aqşin İsgəndərov: “İnzibati xəta qərarlarından qanunla müəyyən edilmiş müddətdə şikayət verilə bilər”
İnzibati xətalarla bağlı çıxarılan qərarlardan şikayət verilməsi və həmin şikayətlərin baxılma qaydası qanunvericiliklə dəqiq şəkildə tənzimlənir. Bir çox hallarda vətəndaşlar barələrində qəbul edilən qərarlarla razılaşmadıqda hansı müddətdə və hara müraciət etməli olduqlarını bilmirlər.
Hüquqşünas Aqşin İsgəndərov Oxu24.com saytına açıqlamasında bildirib ki, inzibati xəta haqqında qərarın surəti şəxsə rəsmi qaydada təqdim edildiyi gündən etibarən həmin qərardan şikayət vermək hüququ yaranır.
Onun sözlərinə görə, ümumi qaydaya əsasən vətəndaş qərardan 10 gün müddətində şikayət edə bilər. Şikayət həm aidiyyəti üzrə yuxarı inzibati orqana, həm də birbaşa məhkəməyə təqdim oluna bilər.
Hüquqşünas qeyd edib ki, qanunvericiliyə əsasən verilmiş şikayətə də operativ şəkildə baxılması nəzərdə tutulur. Belə ki, təqdim olunan şikayətə 10 gün müddətində baxılaraq müvafiq qərar qəbul edilməlidir. Bu mexanizm vətəndaşların hüquqlarının qısa müddətdə müdafiəsinə xidmət edir.
Aqşin İsgəndərov əlavə edib ki, yol hərəkəti qaydalarının pozulması, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları ilə bağlı inzibati xətalar üzrə ayrıca şikayət müddəti tətbiq olunur. Bu kateqoriyaya aid qərarlardan şikayət verilməsi üçün qanunvericilikdə 20 günlük müddət müəyyən edilib.
Hüquqşünas vurğulayıb ki, həmin müddətin hesablanması qərarın şəxsə rəsmi qaydada təqdim olunduğu tarixdən başlanır. Şikayətin gecikdirilməsi bəzi hallarda qərarın qüvvədə saxlanılmasına və hüquqi imkanların məhdudlaşmasına səbəb ola bilər.
Mütəxəssis vətəndaşlara tövsiyə edib ki, inzibati xəta haqqında qərar aldıqları zaman sənədləri diqqətlə oxusunlar, hüquqlarını araşdırsınlar və qanunla müəyyən edilmiş müddətlərə ciddi şəkildə əməl etsinlər.
Nigar
21:14 / 11 Noyabr 2026
1
21:08 / 11 Noyabr 2026
73
21:05 / 11 Noyabr 2026
31
20:58 / 11 Noyabr 2026
64
20:49 / 11 Noyabr 2026
329
20:47 / 11 Noyabr 2026
59
20:28 / 11 Noyabr 2026
71
20:22 / 11 Noyabr 2026
97
20:19 / 11 Noyabr 2026
75
20:08 / 11 Noyabr 2026
82
19:57 / 11 Noyabr 2026
396
19:49 / 11 Noyabr 2026
109
19:43 / 11 Noyabr 2026
96
19:33 / 11 Noyabr 2026
115
19:19 / 11 Noyabr 2026
164
19:07 / 11 Noyabr 2026
108
18:42 / 11 Noyabr 2026
461
18:39 / 11 Noyabr 2026
233
18:35 / 11 Noyabr 2026
182
18:30 / 11 Noyabr 2026
218
18:29 / 11 Noyabr 2026
245
18:23 / 11 Noyabr 2026
147
18:17 / 11 Noyabr 2026
237
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.