Yarım milyon manatı vergidən yayındırma faktı üzrə məhkəmə başlayıb
11 Noyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
606
13.05.2026, 17:20
Hüquqşünas Aqşin İsgəndərov: “Qapalı məkanlarda kamera çəkilişi müəyyən şərtlərlə qanunidir”
Son illərdə təhlükəsizlik məqsədilə müxtəlif ictimai və özəl məkanlarda kamera nəzarət sistemlərinin quraşdırılması geniş yayılıb. Uçuş terminalları, restoranlar, şadlıq sarayları, klinikalar, atelyelər və hətta ictimai nəqliyyat vasitələrində müşahidə kameraları artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin bu kameraların hansı hallarda qanuni hesab olunduğu və görüntülərin necə istifadə edilə biləcəyi ilə bağlı vətəndaşlar arasında suallar yaranır.
Hüquqşünas Aqşin İsgəndərov Oxu24.com saytına açıqlamasında bildirib ki, təhlükəsizlik məqsədilə qapalı məkanlarda kamera nəzarətinin aparılması qanunvericiliyə uyğun şəkildə mümkündür. Onun sözlərinə görə, belə çəkilişlərin qanuni hesab olunması üçün əsas şərtlərdən biri vətəndaşların əvvəlcədən məlumatlandırılmasıdır.
Hüquqşünas qeyd edib ki, qapalı məkanlarda müşahidə kameralarının quraşdırıldığı barədə açıq və aydın məlumat yerləşdirilməlidir. Bu məlumatlandırıcı lövhələr və ya bildirişlər hər kəsin görə biləcəyi formada təqdim olunmalıdır. Belə olduqda, həmin məkana daxil olan şəxsin çəkilişə dolayısı ilə razılıq verdiyi qəbul edilir.
Aqşin İsgəndərovun sözlərinə görə, bu razılıq yalnız çəkilişin aparılmasına şamil olunur. Yəni həmin görüntülərin və ya səs yazılarının şəxslərin ayrıca razılığı olmadan yayılması, üçüncü şəxslərə ötürülməsi və ya sosial şəbəkələrdə paylaşılması qanunvericiliyə zidd hesab oluna bilər.
Hüquqşünas vurğulayıb ki, görüntülərin qanunsuz yayılması şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması kimi qiymətləndirilə bilər və belə hallarda hüquqi məsuliyyət yarana bilər. O bildirib ki, zərərçəkmiş şəxslər öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.
Mütəxəssis əlavə edib ki, xüsusilə klinikalar, təhsil müəssisələri və xidmət sektorunda fəaliyyət göstərən obyektlərdə şəxsi məlumatların və görüntülərin qorunmasına daha həssas yanaşılmalıdır. Çünki bu tip məkanlarda insanların şəxsi məlumatları və özəl görüntüləri ilə bağlı risklər daha yüksək olur.
Sonda hüquqşünas qeyd edib ki, kamera nəzarəti təhlükəsizliyin təmin olunması baxımından vacib vasitə olsa da, onun tətbiqi və istifadəsi vətəndaşların konstitusion hüquq və azadlıqlarını pozmamaq şərti ilə həyata keçirilməlidir.
Hazırladı: Turan
21:14 / 11 Noyabr 2026
1
21:08 / 11 Noyabr 2026
73
21:05 / 11 Noyabr 2026
31
20:58 / 11 Noyabr 2026
64
20:49 / 11 Noyabr 2026
329
20:47 / 11 Noyabr 2026
59
20:28 / 11 Noyabr 2026
71
20:22 / 11 Noyabr 2026
97
20:19 / 11 Noyabr 2026
75
20:08 / 11 Noyabr 2026
82
19:57 / 11 Noyabr 2026
396
19:49 / 11 Noyabr 2026
109
19:43 / 11 Noyabr 2026
96
19:33 / 11 Noyabr 2026
115
19:19 / 11 Noyabr 2026
164
19:07 / 11 Noyabr 2026
108
18:42 / 11 Noyabr 2026
461
18:39 / 11 Noyabr 2026
233
18:35 / 11 Noyabr 2026
182
18:30 / 11 Noyabr 2026
218
18:29 / 11 Noyabr 2026
245
18:23 / 11 Noyabr 2026
147
18:17 / 11 Noyabr 2026
237
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.