Mobil tətbiqlər şəxsi məlumatlarımızı necə toplayır? – Hüquqşünasdan VACİB AÇIQLAMA
24 İyul 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
548
06.05.2026, 23:34
Uşaqlara dərman satışı ilə bağlı qanunvericilikdə boşluq – vəkil açıqladı
Azərbaycan Respublikasında uşaqlara dərman satışı ilə bağlı mövcud hüquqi tənzimləmə cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biridir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Elvin Səfərov bildirib ki, hazırkı qanunvericilik bu sahədə müəyyən məhdudiyyətlər qoysa da, eyni zamanda bəzi boşluqları da özündə ehtiva edir.
Vəkilin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, reseptli dərman vasitələrinin satışı ilə bağlı konkret qaydalar mövcuddur:
“Qanunvericiliyə görə yalnız 14 yaşına çatmış şəxslər resept əsasında dərman vasitələrini apteklərdən əldə edə bilərlər. Bu o deməkdir ki, 14 yaşdan aşağı uşaqlara reseptli dərmanların satılması qadağandır. Əgər aptek bu qaydanı pozarsa, həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunur və 150 manatdan 250 manatadək cərimə ilə üzləşə bilər.”
Elvin Səfərov qeyd edib ki, bu norma əsasən uşaqların sağlamlığının qorunmasına və dərmanların nəzarətsiz istifadəsinin qarşısının alınmasına xidmət edir. Lakin problem yalnız reseptli dərmanlarla məhdudlaşmır.
“Qanunvericilikdə reseptsiz satılan dərman vasitələri ilə bağlı konkret yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Bu isə praktikada o deməkdir ki, istənilən aptek reseptsiz dərmanları azyaşlılara sata bilər. Hüquqi baxımdan bu, qadağan olunmur və məsuliyyət doğurmur.”
Vəkilin fikrincə, məhz bu məqam ciddi narahatlıq doğurur və gələcəkdə hüquqi tənzimləməyə ehtiyac yaradır:
“Reseptsiz dərmanların belə nəzarətsiz şəkildə uşaqlara satılması onların sağlamlığı üçün risklər yarada bilər. Çünki azyaşlılar dərmanların təsiri, dozası və yan təsirləri barədə kifayət qədər məlumatlı olmaya bilər. Bu baxımdan, qanunvericilikdə müəyyən yaş məhdudiyyətlərinin tətbiqi və ya əlavə nəzarət mexanizmlərinin yaradılması məqsədəuyğun olardı.”
Sonda vəkil vurğulayıb ki, valideynlər də bu məsələdə diqqətli olmalı, uşaqların dərman vasitələrinə nəzarətsiz çıxışına yol verməməlidirlər:
“Qanun müəyyən çərçivələr yaradır, lakin praktiki təhlükəsizliyin təmin olunmasında valideyn məsuliyyəti də mühüm rol oynayır. Uşaqların sağlamlığı ilə bağlı məsələlərdə hər kəs daha həssas yanaşmalıdır.”
Hazırladı: Turan Etibaroğlu
11:35 / 26 İyul 2026
1
11:30 / 26 İyul 2026
11
11:21 / 26 İyul 2026
72
11:13 / 26 İyul 2026
47
11:10 / 26 İyul 2026
51
11:05 / 26 İyul 2026
332
10:55 / 26 İyul 2026
55
10:47 / 26 İyul 2026
320
10:40 / 26 İyul 2026
52
09:50 / 26 İyul 2026
71
09:44 / 26 İyul 2026
606
09:43 / 26 İyul 2026
69
00:24 / 26 İyul 2026
147
23:29 / 25 İyul 2026
93
22:59 / 25 İyul 2026
149
22:45 / 25 İyul 2026
717
22:39 / 25 İyul 2026
153
22:26 / 25 İyul 2026
171
21:54 / 25 İyul 2026
152
21:27 / 25 İyul 2026
91
21:15 / 25 İyul 2026
150
21:02 / 25 İyul 2026
100
20:49 / 25 İyul 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.