Alimentlə bağlı çoxlarının bilmədiyi FAKT
11 Noyabr 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
562
06.05.2026, 11:16
Ali Məhkəmənin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Məhkəmədən Oxu24.com-a verilən məlumata görə, işin hallarına görə, iddiaçı uzun illər cavabdeh bankda çalışıb, sonuncu dəfə filial müdiri vəzifəsində işləyib, 2020-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib: "İddiaçının məhkəməyə müraciətindən sonra aşağı instansiya məhkəmələri əmək müqaviləsinə xitam verilməsi barədə əmri etibarsız sayıb, onun əvvəlki vəzifəsinə bərpası, məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab olunması barədə qərar qəbul ediblər. Sonradan bankın səhmdar strukturunda dəyişiklik baş verib. Bundan sonra işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müəssisənin mülkiyyətçisinin dəyişməsi əsası ilə yenidən xitam verib. İddiaçı həmin əmrin qanunsuz olduğunu bildirərək yenidən məhkəməyə müraciət edib və aşağı instansiya məhkəmələri iddianı təmin ediblər. Lakin Ali Məhkəmə apellyasiya instansiyasının nəticəsi ilə razılaşmayıb".
Məhkəmə kollegiyası qeyd edib ki, Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulan müəssisənin mülkiyyətçisinin dəyişməsi əsası yeni mülkiyyətçiyə müəssisənin idarə olunması və maliyyə resurslarının idarə edilməsi ilə bağlı vəzifələrdə çalışan şəxslərlə əmək münasibətlərinə xitam vermək hüququ verir.
Ali Məhkəmə vurğulayıb ki, müəssisənin mülkiyyətçisinin dəyişməsi yalnız mülkiyyət formasının dəyişməsi ilə məhdudlaşmır: "Səhmdar və ya təsisçi tərkibində elə dəyişiklik baş verə bilər ki, bu, faktiki olaraq yeni mülkiyyətçi iradəsinin formalaşmasına səbəb olsun. Müəssisənin bir neçə mülkiyyətçisi olduqda onun əmlakı üzərində 51 faiz paya malik olan mülkiyyətçi dəyişdikdə, bu əsasla əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Hər hansı müəssisədə mülkiyyət paylarının bölgüsündə 51 faizə sahib mülkiyyətçi olmadıqda isə (məsələn: paylar 20, 30, 40 faiz şəklində bölünübsə), mülkiyyətçilərdən birinin dəyişməsi halında bu hüquq yaranmır.
İş üzrə müəyyən edilib ki, bankın əsas səhmdarının payı 51 faizdən artıq həcmdə dəyişib, həmçinin yeni səhmdar təsisçilər sırasına daxil olub. Kollegiyanın qənaətinə görə, bu hal bankın mülkiyyətçilərinin dəyişməsi kimi qiymətləndirilməlidir. Bu əsaslarla Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və iddianın rədd olunması barədə yeni qərar qəbul edib".
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.