Alimentlə bağlı çoxlarının bilmədiyi FAKT
11 Noyabr 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
974
05.05.2026, 20:43
Ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar çərçivəsində məhkəmə ekspertizası sahəsinin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-un sorğusuna cavab olaraq verilən məlumata görə, bu məqsədlə qəbul edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya" ekspertiza xidmətlərinin keyfiyyətinin artırılmasını, beynəlxalq standartlara uyğunlaşdırılmasını və institusional imkanların genişləndirilməsini nəzərdə tutur.
Konsepsiyada xüsusi yer tutan istiqamətlərdən biri özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyətə başlaması və inkişafıdır. Bu institutun tətbiqi məhkəmə ekspertizası sahəsində alternativliyi təmin etməklə yanaşı, ekspertiza xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, işlərin baxılma müddətinin qısaldılmasına və məhkəmə proseslərinin daha operativ həyata keçirilməsinə mühüm töhfə verəcək.
Özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması həmçinin rəqabətli mühitin formalaşmasına şərait yaradacaq. Bu isə ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsinə, yeni texnologiyaların və innovativ yanaşmaların tətbiqinə, eləcə də beynəlxalq təcrübənin daha effektiv inteqrasiyasına imkan verəcək.
Özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyəti nəticəsində dövlət məhkəmə ekspertiza idarələrinin iş yükünün nisbətən azalması və beləliklə, məhkəmə ekspertizalarının aparılmasının prosessual müddətlərinə tam riayət olunması təmin oluna bilər.
Ölkəmizdə özəl məhkəmə ekspertizası institutunun fəaliyyət dairəsinin genişlənməsi, məhkəmə ekspertizası xidmətlərinə əlçatanlığın artması və rəqabətli mühit şəraitində məhkəmə ekspertizası sahəsinin daha da inkişaf etməsi əsas hədəflərdəndir.
Çimnaz Telmanqızı
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.