Ali Məhkəmə mühüm qərardad qəbul edib
10 İyun 2026, 10:50
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
606
28.03.2026, 14:06
Azərbaycanda avtomobilini satan şəxslərin ən çox yol verdiyi səhv məlum olub. Bir çox vətəndaş nəqliyyat vasitəsini satdıqdan sonra icbari sığorta müqaviləsinə xitam vermir ki, bu da sonradan ciddi maliyyə itkilərinə və sığorta tariflərinin artmasına səbəb olur.
“Vətəndaşlar avtonəqliyyat vasitələrinin icbari sığorta müqaviləsinə diqqət etməlidirlər”.
Bu barədə Oxu24.com-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının(ASA) ekspert qrupunun üzvü Emil Ağabağırov deyib.
“Burada əsas məqam ondan ibarətdir ki, hər hansı bir avtomobil icbari sığorta olunduqda və vətəndaş müəyyən müddətdən sonra onu satmaq qərarına gələrsə bundan sonra həmin avtomobilin icbari sığorta şəhadətnaməsini xitam etmirlər. Bu, böyük bir ciddi problem yaradır.
Çünki, biz bilirik ki, avtomobilin icbari sığorta şəhadətnaməsini əldə edən vətəndaşa, bir il ərzində heç bir hadisə törətmədiyi halda müəyyən endirimlər olur. Hadisə törətdikdə isə qiymət qalxır.
Və avtomobili satarkən vətəndaş sığorta şəhadətnaməsini xitam vermir və digər alan tərəf həmin avtomobili idarə edir. Bu zaman həmin avtomobillə hadisə baş verərsə, bu, avtomatik olaraq sığorta şəhadətnaməsi kimin adınadırsa, o adamın FİN kodu üzrə əmsallar qalxır.
Bu, qanunvericiliklə tənzimlənir. Çünki, qeyd etdiyim kimi, bir avtomobil sığortalanır və vətəndaş bir il ərzində heç bir hadisə törətməsə, onun üçün güzəştli əmsal tətbiq olunur; onun FİN koduna tətbiq olunur, yəni, vətəndaşın adına tətbiq olunur.
Tutaq ki, minik maşınları sığortalanırsa, minik maşınlarına endirim olur, yük maşınlarıdırsa yük maşınlarına.
Və yaxud da hadisə törədərsə, növbəti il bütün avtomobilləri sığorta etdirərsə (bir və ya bir neçə avtomobil), onların hər birində qiymət qalxır (hadisə olarsa). Və vətəndaş avtomobili satdığı zaman müqaviləyə vaxtından əvvəl xitam vermədiyi halda, yeni sürücü, yeni vətəndaş avtomobili idarə edərsə və hadisə törədərsə, avtomatik sığorta kimin adınadırsa, onun adına qiymət əmsalı qalxır.
Və sonra sığorta müqaviləsi kimin adınadırsa, o, özünə başqa bir avtomobil alır və gəlib sığorta etdirdiyi zaman görür ki, qiymət yuxarı çıxıb. Və deyir ki, “Mən heç bir hadisə törətməmişəm, bu necə ola bilər ki, mənim adıma qiymət yuxarıdır?”.
Araşdırdığımız zaman məlum olur ki, avtomobili satdığı zaman köhnə sığorta şəhadətnaməsini xitam etməyib, yeni avtomobili alan şəxs hadisə törədib və avtomatik köhnə müqavilə kimin adınadırsa, onun adına qiymət əmsalı qalxıb.
Xitam prosesi üçün lazımi sənədlər:
Biz məsləhət görürük ki, vətəndaşlar müqaviləni alarkən diqqətli olsunlar. Avtomobili satarlarsa, mütləq sığorta müqaviləsinə xitam versinlər. Xitam verərkən də ərizə ilə sığorta şirkətinə müraciət edirlər və müvafiq sənədlər:
•Sürücülük vəsiqəsi- Bu kimi sənədlər təqdim olunur və ərizə əsasında müqaviləyə xitam verilir. Və istifadə olunmuş günlərin pulu çıxılır. Tutaq ki, bir illik müqavilə bağlanıb, altı ay avtomobili idarə edib sonra satır, yerdə qalır altı ayı. İstifadə etdiyi o altı ay çıxılır, yerdə qalan altı ayın pulu vətəndaşa geri qaytarılır (oradan müəyyən qədər inzibati xərclər tutulmaq şərtilə)”.
Çimnaz Telmanqızı
11:21 / 10 İyun 2026
6
11:13 / 10 İyun 2026
27
11:06 / 10 İyun 2026
192
11:01 / 10 İyun 2026
48
10:53 / 10 İyun 2026
46
10:50 / 10 İyun 2026
79
10:34 / 10 İyun 2026
77
10:32 / 10 İyun 2026
59
10:30 / 10 İyun 2026
69
10:24 / 10 İyun 2026
86
10:18 / 10 İyun 2026
63
10:16 / 10 İyun 2026
59
10:08 / 10 İyun 2026
682
10:02 / 10 İyun 2026
109
09:58 / 10 İyun 2026
107
09:45 / 10 İyun 2026
60
09:43 / 10 İyun 2026
54
09:42 / 10 İyun 2026
63
09:40 / 10 İyun 2026
202
09:39 / 10 İyun 2026
65
01:04 / 10 İyun 2026
323
00:24 / 10 İyun 2026
398
00:01 / 10 İyun 2026
228
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.