Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
930
16.07.2026, 21:31
Azərbaycan hərbi gücünü və müdafiə potensialını beynəlxalq miqyasda növbəti dəfə nümayiş etdirib. ABŞ-nin nüfuzlu hərbi-analitik platforması "Global Firepower"ın (GFP) 2026-cı il üçün hazırladığı yeni hesabata əsasən, ölkəmiz 1354 ədəd döyüş tankı ilə dünyanın ən böyük tank parkına sahib ölkələri arasında 14-cü yerdə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan nəinki qlobal miqyasda ön sıralardadır, həmçinin Cənubi Qafqaz regionunda mütləq liderliyini və ən böyük hərbi arsenalını qoruyub saxlayır. Regionun mürəkkəb təhlükəsizlik mühiti və relyef şərtləri fonunda rəsmi Bakının apardığı hərbi siyasət milli maraqlarımızın etibarlı qorunmasını tam təmin edir. Mövcud tank parkı ölkənin müdafiə ehtiyaclarını və qarşıya qoyulan strateji tapşırıqları ən yüksək səviyyədə qarşılayacaq gücdədir.
Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli oxu24.com-a açıqlamasında ölkəmizin hərbi-strateji hazırlığı, müasir döyüş texnikasının tətbiqi və Azərbaycan Ordusunun regional üstünlüyü barədə mühüm məqamlara toxunub.
Ekspertin sözlərinə görə, 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri onu göstərdi ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi silahlı qüvvələrdə də çox doğru siyasət aparır və bütün məsələlər nəzərə alınır:
“İlk olaraq təhlillər aparılır, analiz edilir, bütün məsələlər ölçülüb-biçilir. Ölkənin yerləşdiyi relyef, qonşular, qonşularda və dünyada olan müasir silah-sursatlar və onun tətbiqi – bunlar hamısı çox mühümdür. Ordunun həm saxlanılması, həm silahlandırılması, bütün qoşun növləri üzrə Azərbaycan dövləti həmişə çalışır ki, müasir texnikası olsun və bütün qoşun növləri üçün zəruri avadanlıq olsun ki, müharibə zamanı bundan istifadə edilsin”.
Ekspert bildirir ki, 44 günlük müharibə həm də bu sarıdan bir sınaq idi ki, Azərbaycan silahlanmada da Ermənistandan üstün idi və nəticədə bu göz önündə oldu:
“Ən əsası, real silahlar idi ki, bu müasir dövrün silahları idi və Azərbaycan dövləti bunu uğurla tətbiq etdi. Azərbaycan əsgərinin vətənpərvərliyi ən yüksək səviyyədə olduğu kimi, peşəkarlığı da yüksək idi. Azərbaycan hərbiçisi o texnikadan yüksək səviyyədə istifadə etdi.
O cümlədən, quru qoşunlarının tərkib hissəsi olan tanklarımızın və bu tank parkının da dünyada ilk 14-lükdə olması təbiidir”.
Emin Həsənli hesab edir ki, Azərbaycan dövləti həm hərbi hava qüvvələrini, həm quru qoşunlarını, həm dəniz qüvvələrini, həm də ayrı-ayrı bölmələri müasir silah-sursatla təmin edib:
“Özünün müdafiə sənayesi potensialı var, bu istiqamətdə gərəkən addımlar atılır və qarşıya qoyulan tapşırıqlar ən yüksək səviyyədə yerinə yetirilir. Bu məsələlər birbaşa Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin nəzarətindədir.
Bu istiqamətdə görülən işlər yüksək təqdirəlayiq işlərdir və gələcəkdə də günün tələblərinə uyğun davam edəcəkdir. İndi çox tez-tez silahlar dəyişir və buna uyğun da dövlətimiz gərəkən addımları atır”,- deyə ekspert əlavə edib.
Çimnaz Telmanqızı
19:53 / 09 Noyabr 2026
14
19:52 / 09 Noyabr 2026
5
19:44 / 09 Noyabr 2026
44
19:44 / 09 Noyabr 2026
46
19:27 / 09 Noyabr 2026
64
19:25 / 09 Noyabr 2026
103
19:19 / 09 Noyabr 2026
89
19:15 / 09 Noyabr 2026
114
19:12 / 09 Noyabr 2026
215
19:11 / 09 Noyabr 2026
129
19:01 / 09 Noyabr 2026
75
18:57 / 09 Noyabr 2026
180
18:46 / 09 Noyabr 2026
92
18:41 / 09 Noyabr 2026
160
18:38 / 09 Noyabr 2026
163
18:31 / 09 Noyabr 2026
135
18:25 / 09 Noyabr 2026
1184
18:23 / 09 Noyabr 2026
120
18:14 / 09 Noyabr 2026
107
18:02 / 09 Noyabr 2026
541
17:57 / 09 Noyabr 2026
121
17:56 / 09 Noyabr 2026
98
17:55 / 09 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.