Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ NATO-dan getsə,nələr baş verəcək?  —  Türkiyənin Alyansda gücü nə QƏDƏRDİR?

ABŞ NATO-dan getsə,nələr baş verəcək?  —  Türkiyənin Alyansda gücü nə QƏDƏRDİR?

HƏRBİ

245

26.03.2026, 23:10

Bu gün dünyada baş verənlər ölkələrin hərbi gücü məsələsini gündəmə gətirir.Əsas güc mərkəzlərindən biri NATO-dur. Bu alyansın əsas dayağı olan ABŞ tez-tez onları tərk edəcəyi ilə hədələyir.Belə olan halda ölkələr Rusiya ilə üz-üzə qalır.Bəs,xilaskar hansı ölkədir?

Oxu24.com xəbər verir  ki,ABŞ-nin hərbi büdcəsi 850 milyard dollardır. Avropa ölkələrinin ümumi hərbi büdcəsi isə 300 milyard dollardır. Bəs əgər ABŞ NATO-dan çıxsa, Avropallar özlərini Rusiyadan qoruya biləcəklərmi? 

Gəlin,  statistika ilə tanış olaq.

Rusiya ordusunun 1 milyon 200 min əsgəri var. Ancaq tam səfərbərlik elan edilsə, bu rəqəm təxminən 3 milyona qədər qalxa bilər. Avropanın isə ümumilikdə 2 milyon əsgəri var.

Avropanın 2500, Rusiyanınsa 1500 qırıcısı var. Ancaq Rusiyanın S-400 və S-500 kimi hava hücumundan müdafiə sistemləri var. 

Avropanın 7000 tankı olduğu halda Rusiyanın 12000 tankı var. 

Rusiyanın 6375 nüvə başlığı var. Avropada isə ABŞ-nin nüvə başlıqlarını saymasaq, Fransanın 290 və İngiltərənin 225 nüvə silahı var. Görünür ki, ABŞ NATO-dan ayrılsa Avropanın işi asan olmayacaq.

Buna görə də Avropa Birliyi ölkələri yeni bir hərbi birlik yaratma fikrindədilər. Bunun üçün çoxlu pul xərcəməli olacaqlar. Avropanın pulu var, amma hərbi təcrübə və ordunun sayını artırmaq üçün onların Türkiyəyə işləri düşəcək. Əksər Avropa ölkələri 2-ci Dünya müharibəsindən sonra müharibə görməyib. Yəni təcrübə və əskər sayı olaraq,

Avropanın Türkiyəyə bugün çox ehtiyacı var. Buna görə də düşünülür ki, əgər Amerika getsə, Avropanın quracağı ordunun əsas figuru Türkiyə olacaq. Çünki Türkiyə ordusu say etibarilə bütün Avropa ölkələrindən daha çoxdur. Məsələn, Avropanın əsas 5 ölkəsinin əskər sayı belədir. İngiltərənin 194 min, Almanyanın 181 min, Fransanın 204 min, İtaliyanın 165 min, İspanyanın isə 120 minlik ordusu var.

Türkiyə ordusunun sayı isə 675 mindir. Yəni, Türkiyə ordusunun əskər sayı Avropanın əsas 5 ölkəsinin toplam əskər sayından daha çoxdur.Bütün bunlar Türkiyəni bugünki dünya reallığında vacib ölkə kii ön plana çıxarır.

Hazırladı: Miri Məcidli