Qaynar xətt:

(+99450) 247 90 86

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

İQTİSADİYYAT

40

12.11.2026, 22:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki strateji rolu hər keçən gün daha da güclənir. Xüsusilə Türkiyənin Antalyada COP31 çərçivəsində Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsini müzakirə etdiklərini açıqlaması bu istiqamətdə atılan mühüm addımlardandır. Azərbaycan, Gürcüstan, Bolqarıstan və Rumıniya arasında qurulan bu yaşıl enerji tərəfdaşlığı regionda tamamilə yeni bir siyasi və iqtisadi əməkdaşlıq formatının yaranmasına zəmin yaradır. Qlobal miqyasda ənənəvi enerji marşrutlarının ciddi risklərlə üzləşdiyi bir dövrdə bu cür layihələr Avropanın enerji təchizatının şaxələnməsində həlledici rol oynayır. Məsələ ilə bağlı deputat Tural Gəncəliyev Oxu24.com-a ətraflı açıqlama verib.

Deputat Tural Gəncəliyev bildirib ki, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan nümayəndələrinin imzaladığı yaşıl enerjinin ixracı və nəqli ilə bağlı sənəd qlobal miqyasda çox önəmli bir addımdır:

"COP31 Türkiyədə keçirilən Antalya sessiyası çərçivəsində çox mühüm bir razılaşma imzalandı. Bu, Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan ener nazirlərinin yaşıl enerjinin ixracı, nəqli ilə bağlı imzaladıqları çox önəmli bir sənəddən söhbət gedir. Bu nə deməkdir? Bu deməkdir ki, Azərbaycan necə ki, Cənubi Qafqaz üzərindən böyük layihələr reallaşdıraraq Mərkəzi Asiyanın, Xəzər hövzəsinin enerjisini Türkiyə ilə, Qara dənizlə, Avropa ilə birləşdirirdisə, və bu ənənəvi neft və qaz ixracı, ixracı, nəqli layihələri, hansı ki, meqaproektlər səviyyəsinə gəlib çatmışdı dünyada və bu layihələr əsasən neft və qaz boru kəmərlərinin inşası ilə başladı: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi Cənub qaz dəhlizinə çevrilən böyük bir layihə oldu. Tanap tap layihəsi ta Adriatik dənizinə qədər Türkiyə üzərindən gedib çatdı, Avropaya qədər uzandı və artıq biz yeni bir dünya düzənində həmçinin alternativ enerji mənbələri, alternativ enerji marşrutları təqdim edirik”.

Deputat əlavə edib ki, bu, yaşıl enerji deyilən elektrik enerjisinin ixracıdır:

“Məlumdur ki, Azərbaycan Gürcüstan və Türkiyə üzərindən Bolqarıstandan keçməklə Avropaya çıxacaq bu yaşıl enerji layihəsində də əsas açar rol oynayır. Təkcə Azərbaycanın burada, təkcə Azərbaycanın burada resurslarından söhbət getmir. Hansı ki, bizim yaşıl enerji resurslarımız yaşıl çox böyükdür. Bildiyiniz kimi, həm günəş enerjisi, Xəzər dənizinin sahilində yerləşən ölkə kimi çox böyük ilin əksər hissəsini günəş enerjisindən yararlana bilmək imkanımız var. Həm külək enerjisi, Abşeron yarımadasında xüsusilə də külək enerjisinin yaşıl elektrik enerjisinə çevrilməsi üçün çox güclü fürsət var, imkanlar var, artıq bununla bağlı infrastruktur da yaradılır. Həm də ümumiyyətlə çaylardan, sulardan və xüsusilə də Qarabağda torpaqlarımızın işğaldan azad edilmiş hissəsində bu potensialın da istifadə edilməsi Naxçıvan üzərindən həm Türkiyəyə, həm də Gürcüstan üzərindən Türkiyəyə keçirilməsi imkanları yaşıl enerjinin mövcuddur. Və üstəlik bura əlavə etsək, Mərkəzi Asiyanın böyük Türkistan coğrafiyasının potensial enerji resurslarını, birə beş bu məsələdə bizim əhəmiyyətimiz artır”.

Tural Gəncəliyev qlobal iqtisadiyyatdakı mövcud böhranlara da toxunub:

“Belə ki, hazırda dünya iqtisadiyyatı ənənəvi enerji ixrac marşrutlarının böhranla üzləşməsi səbəbindən ciddi risk altındadır, ciddi təhlükə altındadır. Dünyanın ən əsas arteriya kanalları olan Hörmüz boğazı işləmir, Hörmüz boğazının əks istiqamətində yerləşən Bab əl-Məndəb boğazı, Qırmızı dəniz daşımaları demək olar ki, müharibələr səbəbindən yaranmışdır. Yeganə marşrut, yəni Orta dəhliz marşrutu və orta dəhlizin də sırf Xəzər dənizindən keçən, Azərbaycan üzərindən keçən hissəsi. Orta dəhlizin şaxələnmiş qolları var idi, hansı ki, bir hissəsi Rusiya üzərindən keçirdi, artıq Rusiya şimal axını burada işləmir, eyni zamanda cənubdan keçən marşrutlar işləmir. Ona görə də bu yaşıl enerjinin istiqamətində, ixracının artırılması istiqamətində ki, COP31-də imzalanan saziş çox gözəl, çox önəmli bir saziş oldu”.

Deputat vurğulayıb ki, vaxtilə Azərbaycanı tənqid edənlər bu gün alternativ enerjiyə asılı vəziyyətə düşüblər:

“Avropa İttifaqının enerji siyasətində son illərdə müşahidə olunan dəyişikliklər ənənəvi enerji resurslarının strateji əhəmiyyətini bir daha ön plana çıxarıb. Vaxtilə Azərbaycanı və onun enerji siyasətini neft-qaz ixracından asılılıqda ittiham edən bəzi beynəlxalq dairələr alternativ enerji mənbələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayırdılar. Lakin mövcud geosiyasi reallıqlar göstərir ki, alternativ enerji potensialının genişləndirilməsi ənənəvi enerji resurslarından tam imtina üçün hələ kifayət etmir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təchizatında ciddi dəyişikliklərə səbəb olmaqla, Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb. Nəticədə Avropa ölkələri enerji tələbatını qarşılamaq üçün alternativ mənbələrlə yanaşı, neft və təbii qaz təchizatına da ehtiyac duyurlar. Bu kontekstdə ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) idxalının artması Avropanın enerji təminatında yeni asılılıq risklərini də gündəmə gətirir”.

Deputat sonda əlavə edib ki, belə bir şəraitdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu daha da artır. Xüsusilə Cənub Qaz Dəhlizi, TANAP və digər regional enerji infrastrukturları Azərbaycanın Avropa bazarına etibarlı təbii qaz təchizatçısı kimi mövqeyini gücləndirir. Eyni zamanda, Azərbaycanın coğrafi mövqeyi Mərkəzi Asiya enerji resurslarının Qərb bazarlarına çatdırılması baxımından da strateji əhəmiyyət daşıyır. Bu baxımdan ölkəmiz yalnız enerji ixracatçısı deyil, həm də Avropa ilə Mərkəzi Asiya arasında mühüm enerji və nəqliyyat bağlantılarının formalaşmasında iştirak edən strateji tərəfdaş kimi çıxış edir. Mövcud proseslər Azərbaycanın enerji diplomatiyasının və həyata keçirdiyi infrastruktur layihələrinin beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirir. 

Çimnaz Telmanqızı

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub 

21:19 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub 

103

0
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb

21:04 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb

99

0
Məşhur sənətçi uzun müddətdən sonra səhnəyə qayıdır -FOTOLAR

20:55 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Məşhur sənətçi uzun müddətdən sonra səhnəyə qayıdır -FOTOLAR

161

0
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB2 

20:42 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB2 

133

0
Nəvəsinin andiçməsindən sonra itkin düşən babanın meyiti tapıldı

20:26 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Nəvəsinin andiçməsindən sonra itkin düşən babanın meyiti tapıldı

139

0
Balakəndə kişi müəmmalı şəkildə öldü 

20:14 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Balakəndə kişi müəmmalı şəkildə öldü 

118

0
Maaşlarla bağlı AÇIQLAMA 

20:08 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Maaşlarla bağlı AÇIQLAMA 

120

0
Züriyə Qarayeva: COP31 Azərbaycan və Türkiyənin diplomatik imkanlarını genişləndirən strateji platformadır  

20:05 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Züriyə Qarayeva: COP31 Azərbaycan və Türkiyənin diplomatik imkanlarını genişləndirən strateji platformadır  

182

0
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO

19:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO

112

0
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib

19:49 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib

127

0
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

19:36 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

129

0
Azərbaycan Lideri  Liderlər Sammitində: Ölkəmizin regiondakı çəkisindən  deputat DANIŞIR

19:31 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Lideri  Liderlər Sammitində: Ölkəmizin regiondakı çəkisindən  deputat DANIŞIR

124

0