Bu sayt işçi AXTARIR
27 Yanvar 2026, 13:32
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
906
14.01.2020, 14:58
Azərbaycanda iş, təqaüd və sosial yardım düzəltmək adı ilə vətəndaşlara qarşı 60 min manatlıq dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq etdiyinə görə məhkum olunmuş Beyləqan rayonu, Əhmədli kənd sakini Rauf Süleymanov tutulub.
İstintaq zamanı R.Süleymanovun Beyləqan rayonu ilə yanaşı, Bakı, Gəncə və Ağcabədi şəhər və rayonlarında yaşayan ayrı-ayrı vətəndaşları işə düzəltmək, xəstəliklərə görə təqaüd və sosial yardım düzəltmək, həmçinin Qarabağ əlillərinə veriləcək ev, avtomobil növbəsində adlarının irəli çəkdirəcəyinə inandıraraq, onlara qarşı dələduzluq etdiyi, ümumilikdə 60 min manata yaxın məbləğində ziyan vurduğu müəyyən olunub.
Həmçinin oxuyun
R.Süleymanovun digər şəhər və rayonlarında analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Beyləqan Rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından (02122) 5-20-15 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
23:57 / 31 Yanvar 2026
213
23:47 / 31 Yanvar 2026
173
23:25 / 31 Yanvar 2026
205
23:10 / 31 Yanvar 2026
184
22:58 / 31 Yanvar 2026
90
22:52 / 31 Yanvar 2026
199
22:42 / 31 Yanvar 2026
134
22:12 / 31 Yanvar 2026
728
22:10 / 31 Yanvar 2026
80
21:58 / 31 Yanvar 2026
542
21:50 / 31 Yanvar 2026
73
21:46 / 31 Yanvar 2026
81
21:40 / 31 Yanvar 2026
104
21:34 / 31 Yanvar 2026
3074
21:11 / 31 Yanvar 2026
754
21:01 / 31 Yanvar 2026
375
20:58 / 31 Yanvar 2026
131
20:54 / 31 Yanvar 2026
88
20:49 / 31 Yanvar 2026
91
20:44 / 31 Yanvar 2026
122
20:38 / 31 Yanvar 2026
368
20:32 / 31 Yanvar 2026
103
20:25 / 31 Yanvar 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.