Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanır 

2025/02/25/1740429541_sanksiya.jpg

DÜNYA

571

12.08.2025, 09:00

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayır. 

Oxu24.com  “Reuters”ə istinadən xəbər verir ki, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Rusiyaya qarşı 19-cu sanksiya paketinin işə salındığını bildirib.

Kallas Moskvanı atəşkəslə bağlı doğru addımlar atmağa çağırıb. O bildirib ki, ilk növbədə atəşkəs təmin edilməlidir. 

Onun sözlərinə görə, Rusiya tərəfdən etibarlı monitorinq sistemi təmin edilməli və ciddi təhlükəsizlik zəmanətləri lazımdır.“Qafqazinfo”

“Rusiya qeyd-şərtsiz atəşkəsə razı olmadığına görə, biz heç bir güzəşti müzakirə etməyəcəyik”, - deyə Kallas bildirib. 

Qeyd edək ki, bundan əvvəl Rusiyaya qarşı ard-arda 17 və 18-ci sanksiya paketi hazırlanıb.