Cəlilabadda bir ay əvvəl alınan ev tamamilə yanıb
15 Noyabr 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6146
13.12.2025, 15:08
Azərbaycan incəsənətinə və elminə ağır itki üz verib.
Oxu24.com xəbər verir ki,tanınmış vokal müəllimi,musiqiçi və pedaqoq Tamilla Rəhimova (Əhmədova) dünyasını dəyişib.
Tamilla Əhmədova 1948-ci ilin martın 8-də Bakı şəhərində anadan olub.
Bakı Musiqi Akademiyasının və İncəsənət Universitetinin müəllimi kimi fəaliyyət göstərib.
Tamilla Əhmədova fəaliyyəti dövründə bir sıra məşhur ifaçıların yetişməsində mühüm rolu olub.
Məşhur ifaçılar: Xalq artisti Faiq Ağayevin, vokal ifaçıları Təranə Mahmudovanın, Xəyyam Mustafazadənin, estrada müğənnisi, bəstəkar Murad Arifin, Azad Şabanovun və digərlərinin müəllimi Tamilla Əhmədova olub.
Mərhum bu gün Maştağa qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
İki övladı var.Onlar ABŞ-də yaşayırlar.Hazırda Azərbaycana yola düşüblər.
Qeyd edək ki,Tamilla Əhmədova Azərbaycan ictimai-siyasi xadimi Nəcməddin Əhmədovun qızıdır.

Nəcməddin Əhmədov 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təşkilatçısı, qrup rəhbəri, bölmə müdiri, şöbə müdirinin müavini, 1964–1971-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi vəzifəsində çalışıb. 1971–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi, 1981–1986-cı illərdə isə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub. Təqaüdə çıxandan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının baş müşaviri kimi fəaliyyət göstərib.Nəcməddin Əhmədov 7 sentyabr 1995-ci ildə vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.
Hazırladı: Miri Məcidli
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.