Gültəkin Hacıbəyli sərbəst buraxıldı - YENİLƏNDİ
25 Fevral 2026, 00:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2790
13.12.2025, 23:47
Azərbaycanın ən gənc 30 yaşlı prorektoru Güldanə Hidayətli kimdir?
Oxu24.com uğurlu fəaliyyəti ilə seçilən şəxslərlə bağlı silsilə yazılarını təqdim edir.
Bu dəfə 30 yaşlı prorektoru Güldanə Hidayətli barədə məlumatı təqdim edirik.
Güldənə Hidayətli BANM-ın yetirməsidir.
Hidayətli Güldənə Şahin qızı 1995-ci ildə Qəbələ rayonunda anadan olub. 12 yaşına qədər valideynlərilə Rusiyada yaşayıb və ilk təhsilini orada alıb.
Sonra ailəsi Bakıya köçüb. Orta məktəbi bitirdikdən sonra Bakı Ali Neft Məktəbinə (Heriot Vatt Universiteti ilə ikili diplom proqramı) kimya mühəndisliyi ixtisasına qəbul olunub. Bakalavr təhsilini tamamladıqdan sonra yenidən BANM-da MBA ixtisası üzrə magistr təhsili alıb.
O, əmək fəaliyyətinə BANM-da başlayıb. G.Hidayətli BANM-ı bitirəndən sonra rəhbərliyin tövsiyəsilə burada fəaliyyətə başlayıb.
Həmçinin oxuyun
O, əvvəlcə Kefiyyətə təminat şöbəsində əməkdaş, son 5 ildə isə həmin şöbənin müdiri vəzifəsində çalışıb, eyni zamanda BANM-da dərs deyir.
G.Hidayətlinin bu il prorektorluğa təqdimatı BANM-ın rektoru Elmar Qasımov tərəfindən SOCAR rəhbərliyinə verilib və təsdiqlənib.Bakı Ali Neft Məktəbinə (BANM) strateji inkişaf üzrə prorektordur.
O, birinci "Yüksəliş” müsabiqəsinin qalibidir. Ailəlidir, bır qızı var.
"Həmişə çox çalışqan olmuşam və inanıram ki, çalışqan insanlar gec ya tez istədiklərinə nail ola bilirlər. Bir çox hallarda görmüşəm ki, gənclər uğurlu şəxslərə çox şübhə ilə yanaşır, elə düşünürlər ki, onların uğuru onlara heç nədən hədiyyə olunub. Amma bu, belə deyil. Əgər nə istədiyinizi bilir, özünüzə inanır və məqsədiniz üçün hər gün çalışırsınızsa, ona mütləq çatacaqsınız. Buna görə də böyük arzulardan və yüksək məqsədlərdən qorxmayın",-deyə G.Hidayətli "İki Sahilə" müsahibəsində bildirmişdi.
Hazırladı: Nigarxanım
00:09 / 25 Fevral 2026
245
23:39 / 24 Fevral 2026
94
23:16 / 24 Fevral 2026
138
23:02 / 24 Fevral 2026
147
22:20 / 24 Fevral 2026
112
22:19 / 24 Fevral 2026
185
22:00 / 24 Fevral 2026
94
21:59 / 24 Fevral 2026
144
21:45 / 24 Fevral 2026
116
21:42 / 24 Fevral 2026
179
21:39 / 24 Fevral 2026
1868
21:35 / 24 Fevral 2026
105
21:34 / 24 Fevral 2026
101
21:31 / 24 Fevral 2026
101
21:08 / 24 Fevral 2026
109
21:08 / 24 Fevral 2026
211
21:03 / 24 Fevral 2026
98
20:51 / 24 Fevral 2026
123
20:39 / 24 Fevral 2026
146
20:35 / 24 Fevral 2026
108
20:24 / 24 Fevral 2026
146
20:23 / 24 Fevral 2026
745
20:12 / 24 Fevral 2026
341
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.