"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
11050
13.12.2025, 13:07
İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiya paketinə qoşulub.
Bu,hansı dəyişikliyə səbəb ola bilər?
Azərbaycanın Şimal qonşusu olan Rusiyada nələr gözlənilir?
Məsələ ilə bağlı politoloq Azad Məsiyev “Oxu24.com”a açıqlamasında qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Rusiya əleyhinə bir koalisiya yaradılıb:
“Bu koalisiya bütün vasitələrlə Ukraynaya dəstək verir. Rusiyaya təzyiq etmək üçün sanksiyalar tətbiq edir. Məqsəd Rusiyanı iqtisadi cəhətdən zəiflətməkdir. Başda ABŞ olmaqla NATO blokunun bu proyekti özünü doğrultmadı. Ukrayna-Rusiya münaqişəsi artıq defaktodur, Rusiya-NATO arasında gedən savaşdır.
Bu savaşda NATO bloku məğlubiyyətə uğramaqdadır. Bütün sanksiyalara baxmayaraq Rusiya bu münaqişədə həm hərbi müstəvidə, həm də siyasi müstəvidə qalib tərəfdir. Artıq Avropanın bütün dövlətləri bu sanksiyalara qoşulmaqdadır. İsveçrə də bu sanksiyalara qoşulmaqla Rusiya əleyhinə yaradılan koalisiyada aktiv rol oynamaqdadır.
2024-cü il martın 7-də İsveçrə NATO-nun tamhüquqlu üzvü oldu. NATO-nun üzvü olmaqla İsveçrə neytrallığını itirdi. Artıq İsveçrə hərbi blokun üzvüdür. Əlbəttə, koalisiyaya qoşulan, NATO-ya üzv olan bir dövlət istənilən halda NATO-nun qərarlarına hörmətlə yanaşmalı, ona uyğun davranmalıdır. Əgər İsveçrə Rusiyaya qarşı sanksiyalara aktiv qoşulursa, Rusiyanın qeyri-dost siyahısına düşmüş olacaqdır. Və Rusiya da İsveçrəyə qarşı adekvat addımlar atacaq.
Qeyd etmək lazımdır ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla bağlı Rusiyanın 300 milyard aktivləri dondurulub. Həmin aktivlərdən Ukraynaya dəstək vermək üçün proqram işlənir. Eyni zamanda mətbuatda gedən məlumatlara əsasən, qeyd edim ki, Avropanın da Rusiyada 800 milyard dollar dəyərində aktivləri dondurulub. Yəni təsirin əks-təsirə prinsipi gündəmə gəlir.
Bu münaqişədə Rusiyaya qarşı hər bir təzyiqlərə Rusiya addımlar atır. Unutmayaq ki, Avropa-Rusiya ilə iqtisadi əməkdaşlıq Avropanı inkişat etdirmişdi. Artıq Avropanın Rusiya ilə əməkdaşlığını bitirməsi ilə Avropada iqtisadiyyatın çökmə prosesi getməyə başlayıb.
ABŞ Prezidenti Trampın təşəbbüslərinə baxmayaraq, Avropa İttifaqı bu münaqişənin dayandırılmasına maraqlı deyil. Təbiidir ki, münaqişə uzandıqca Rusiyaya tətbiq olunan sanksiyalar öz qüvvəsində qalacaq.
Hesab edirəm ki, ən böyük ziyan İsveçrənin özünə dəyə bilər. Çünki, Rusiyaya tətbiq olunan sanksiyalara qoşulan dövlətlərlə Rusiya bütün iqtisadi əlaqələrini dayandırır”,-deyə politoloq bildirib.
Çimnaz Telmanqızı
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.